Pedaqoji Universitetin Quba filialının kafedralarında tədris ilinin sonuncu iclasları keçirilib

11.07.2025
Pedaqoji Universitetin Quba filialının kafedralarında tədris ilinin sonuncu iclasları keçirilib

Humanitar və Təbiət elmləri üzrə iki fakültədə birləşən Dəqiq və təbiət elmləri, Filologiya, İctimai elmlər və Ümumi fənlər kafedralarında 2024/2025-ci tədris ilinin sonuncu iclasları keçirilib.
Direktorluqda təmsil olunan vəzifəli şəxslər, o cümlədən dekanlar və struktur rəhbərləri aidiyyəti bölgü əsasında bu iclaslarda təmsil olunublar.
İctimai elmlər kafedrasının müdiri v.m.i.e., s.ü.f.d. Sabir Şahtaxtı (Hacıyev) iştirakçıların yetərsay olduğunu bildirərək kafedra iclasını açıq elan edib. Gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb və yekdilliklə qəbul edilib.
Kafedranın illik hesabatı layihə olaraq müzakirə olunub və təsdiqlənib. 2025/2026-cı dərs ili üçün dərs yüklərinin ilkin bölgüsü barədə ümumi məlumat verilib.
Filial direktorunun müavini t.ü.f.d. İsmayıl Mahmudovun iştirak etdiyi kafedra iclasında cari məsələlərə baxılıb, müəllimlərin fərdi tədris metodlarının keyfiyyət göstəriciləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Ümumu fənlər kafedrasının müdiri v.m.i.e., p.ü.f.d Lətifə Cəlilovanın sədrliyi ilə keçirilən iclasda gündəlikdə duran məsələlər müzakirə olunub və səsə qoyulub. Cari məsələlərdə iclasın sədri tələbələrin tədqiqat işlərinə cəlb olunması və müəllimlərin bu prosesə ciddi yanaşmasına dair ötən iclasda qəbul olunmuş qərarın icrasına dair təkliflər irəli sürüb.

Filologiya kafedrasının müdiri v.m.i.e., fil.ü.f.d. Vüqar Teymurxanlı iştirakçıların yetərsay olduğunu bildirib və iclası açıq elan edib. Gündəlikdə duran məsələlərin müzakirəsindən sonra səsə qoyulub və yekdilliklə təsdiqlənib.
Dəqiq və təbiət elmləri kafedrasında keçirilən iclası kafedra müdiri v.m.i.e. prof. Telman Qasımov açaraq gündəliyi elan edib. İclasda pedaqoji təcrübənin və yaz imtahan sessiyasının yekunları nəzərdən keçirilib. Eyni zamanda, 2025/2026-cı tədris ilinin ilkin dərs bölgüsü müzakirə olunub. Sonra cari məsələlərə baxılıb.
İclaslarda II semestr imtahan sessiyasının, fərdi planların və dövlət imtahanlarının, eləcə də təcrübələrə dair müdafiələrin nəticələrinin vəziyyətini dəyərləndirib. Bütün proseslərə dair boşluqların və çatışmamazlıqların gələcəkdə təkrara olunmaması üçün tədbirlər planının hazırlanması qərara alınıb. O cümlədən 2025/2026-cı tədris ilinə hazırlıq üçün təkliflər ümumiləşdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?