Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üçün aşağıda adları qeyd edilən informatika fənlərini tədris edəcək təcrübəli müəllimə ehtiyac var:
Alqoritmlər nəzəriyyəsi;
Proqramlaşdırma dilləri;
Kompyuter modelləşməsi.
Maraqlanan şəxslər əhatəli şəkildə doldurulmuş CV ilə ADPU-nun Quba filialının İnsan resursları və kargüzarlıq şöbəsinə müraciət edə bilərlər.
Müraciət üçün son tarix: 31 avqust 2025-ci il.
Sənədləri qəbul edilmiş namizədlər Müsahibə Komissiyasında nümunə dərslər təqdim edəcəklər.
Əlaqələndirici şəxs: Seyid Cabbarov – İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri:
Telefon: +994 50 628 95 75
E-mail: Insan.resurslari@quba.adpu.edu.az