ADPU-nun Quba filialında təcrübə hesabatının müdafiəsi keçirilir

11.07.2025
ADPU-nun Quba filialında təcrübə hesabatının müdafiəsi keçirilir
 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2024/2025-ci tədris ilində təcrübə hesabatlarının müdafiəsinə başlanılmışdır. Ötən müddət ərzində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təhsil”, “Tarix müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət” və “Sosial iş”  ixtisasları üzrə təhsil alan tələbələr pedaqoji və istehsalat təcrübəsi zamanı qazandıqları bilik və bacarıqların hesabatını komissiya üzvləri qarşısında nümayiş və təqdim etdirmişlər. 
Bu məqsədlə filialda “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təhsil”, “Tarix müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət” və “Sosial iş” ixtisasları üzrə komissiyalar yaradılmışdır. Bütün komissiyaların tərkibinə təcrübəli pedaqoqlarla yanaşı, aidiyyatı təşkilatlardan mütəxəssislər daxil edilmişdir. Bütün komissiyalar üzrə təcrübə hesabatlarının müdafiəsi yüksək texniki təchizatlı auditoriyalarda təşkil olunmuşdur. ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev bütün ixtisaslar üzrə təcrübə hesabatlarının müdafiəsində olmuş, iddiaçı tələbələrlə ünsiyyət yaratmış və onları dinləmiş, eyni zamanda qiymətləndirmənin ədalətli və şəffaf keçirilməsi üçün tövsiyə və tapşırıqlarını vermişdir
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?