Quba filialının Şahdağ komandası respublika çempionatında iştirak edib

11.07.2025
Quba filialının Şahdağ komandası respublika çempionatında iştirak edib

“Nə? Harada? Nə zaman?” oyunu üzrə “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in final mərhələsinə yekun vurulub. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, həmçinin Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarından olan 32 komanda final mərhələsində ən güclü olmaq uğrunda mübarizə aparıb.

Yekun nəticələrə əsasən, “Vendetta” komandası (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) birinci olub. “Old School” və “HipHoprat” (hər ikisi Azərbaycan Tibb Universiteti) komandaları ikinci və üçüncü yerlərə layiq görülüblər.
Filialın THİK sədri Aygün Şıxbabayeva və TGT sədri Nurlan Hüseynov da yarışı canlı izləyiblər
Qeyd edək ki, cari mövsüm 1800-dən çox tələbəni əhatə edərək üç seçim mərhələsi üzrə ölkənin 9 regionu və Bakı şəhərindən 28 ali təhsil müəssisəsini təmsil edən 278 komandanı bir araya gətirib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?