ADPU Quba filialının əməkdaşları “Keyfiyyətə doğru addım: Akkreditasiya prosesinə hazırlıq” seminarında iştirak ediblər

11.07.2025
ADPU Quba filialının əməkdaşları “Keyfiyyətə doğru addım: Akkreditasiya prosesinə hazırlıq” seminarında iştirak ediblər

23–24 iyun 2025-ci il tarixlərində Bakı Dövlət Universitetinin ev sahibliyi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Keyfiyyətə doğru addım: Akkreditasiya prosesinə hazırlıq” mövzusunda seminar təşkil olunub. Seminarın əsas məqsədi ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi, akkreditasiya prosesinə hazırlığın gücləndirilməsi və bu sahədə müvafiq bilik və bacarıqların artırılması olmuşdur.

Seminarda respublikanın 40-a yaxın ali təhsil müəssisəsini təmsil edən 84 nümayəndə iştirak etmişdir.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialını Keyfiyyətin təminatı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva və şöbənin baş mütəxəssisi Eldəniz Quliyev təmsil ediblər. Onlar seminar çərçivəsində akkreditasiya meyarları, daxili keyfiyyət təminatı sisteminin təşkili, özünüqiymətləndirmə hesabatlarının hazırlanması və digər vacib məsələlərlə bağlı müzakirələrdə fəal iştirak ediblər.

Belə tədbirlər ali təhsil müəssisələrinin keyfiyyət mədəniyyətinin formalaşdırılmasına, həmçinin dayanıqlı inkişaf strategiyalarının həyata keçirilməsinə töhfə verir. ADPU Quba filialı olaraq bu istiqamətdə fəaliyyətlərin davamlılığını təmin etmək məqsədilə əldə olunan bilik və təcrübələrin gələcək işlərimizə tətbiqini önəmli hesab edirik.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ali təhsil sistemində hesabatlılığın və davamlı inkişafın təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət təqdirəlayiqdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?