Pedaqoji Universitetin Quba filialında 2024/2025-ci tədris ilinin II semestri üzrə imtahan prosesinin apelyasiya fəaliyyətinə start verilib

11.07.2025
Pedaqoji Universitetin Quba filialında 2024/2025-ci tədris ilinin II semestri üzrə imtahan prosesinin apelyasiya fəaliyyətinə start verilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2024/2025-ci tədris ilinin II semestr imtahan prosesi ilə bağlı Apelyasiya Komissiyası işə başlayıb.
Heydər Əliyev Lektoriyasında işinə start götürən komissiya II semestr imtahanlarına dair ilk şikayətlərə baxıb.
Əvvəlcə Apelyasiya Komissiyasının üzvləri Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, İbtidai sinif müəllimliyi, Riyaziyyat müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi, Xarici dil müəllimliyi, Məktəbəqədər təhsil və Təhsildə sosial-psixoloji xidmət ixtisaslarından 55 imtahan işini nəzərdən keçiriblər. Aparılan fikir mübadiləsindən sonra tələbələrin dinlənilməsinə başlanılıb. Ümumilikdə cəmi 9 işdə tələbələrin iddiaları təmin edilib.
Prosesdə iştirak edən Filialın direktoru professor Yusif Alıyev Apelyasiyaya təqdim olunan bir neçə imtahan vərəqi ilə tanış olub, müəllim və iddiaçı tələbənin diskusiyasını birbaşa izləyib. Direktora İmtahan vərəqlərində aşkar edilən səhvlər barədə izahat verilib. Sonra professor Yusif Alıyev iddiaçı tələbələrlə görüşüb və onları dinləyib. Filialın direktoru prosesin ədalətli və şəffaf keçirilməsi üçün tövsiyə və tapşırıqlarını verərək tələbələri əmin edib ki, bütün iddialar diqqətlə, şəffaf şəkildə araşdırılır.
Filialın pedaqoqları – Apelyasiya komissiyasının sədri Nübar Bayramova, üzvlər – s.e.ü.f.d. Sabir Hacıyev (Şahtaxtı), f.f.d.T Vüqar Teymurxanlı, riy.f.d. Telman Qasımov, ped.f.d. Lətifə Cəlilova, ped.f.d. Pərvanə Rzayeva, b/m Mürvət Əliyev, müəllimlərdən Rahib Sədullayev, Elbrus Əhmədov və Mələk Bağırova prosesi müşahidə ediblər.
İddiaçı tələbələrin iradələrini açıq şəkildə ifadə etmələri üçün azad şərait yaradılıb. Ümumilikdə proses qarşılıqlı anlaşma şəraitində keçirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?