“Qərbi Azərbaycan – Tarixi Torpaqlarımıza Baxış” adlı maarifləndirici tədbir keçirilib.

11.07.2025
“Qərbi Azərbaycan – Tarixi Torpaqlarımıza Baxış” adlı maarifləndirici tədbir keçirilib.

21 iyun tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan – Tarixi torpaqlarımıza baxış” adlı maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra açılış nitqi ilə Quba Soyqırımı Memorial Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova çıxış edib, tədbirin əhəmiyyətini, Kompleksdə bu istiqamətdə həyata keçirilən işləri vurğulayıb.
Daha sonra çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin direktoru Eyvaz Xeyrullayev bildirib ki, tədbirin əsas məqsədi gənclər arasında Qərbi Azərbaycanın tarixi, mədəni irsi və orada yaşayan azərbaycanlıların keçmişi haqqında dolğun məlumatların yayılması, həmçinin bu mövzuya olan diqqət və marağın artırılmasıdır.
Tədbirdə çıxış edən filialın direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva Amerikalı jurnalist Lindsi Snel və ona istinadən Ermənistan mətbuatı ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymasını və məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə xanım Hüseynovanın əsl cəsarətli və qəhrəman Azərbaycanlı mövqeyini qürur hissi ilə tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra tədbirdə çıxış edən Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, filialın İnsan Resursları və Kargüzarlıq şöbəsinin müdiri Seyid Cabbarov
Qərbi Azərbaycanın tarixi torpaqlarımız kimi əhəmiyyətindən, bu ərazilərdə əsrlər boyu yaşamış azərbaycanlıların mirasından və onların XX əsrin müxtəlif dövrlərində üzləşdiyi deportasiyalar və təzyiqlərdən bəhs ediblər. Eyni zamanda, Quba Soyqırımı və Azərbaycan xalqının tarixində baş vermiş digər qanlı hadisələrin yaddaşlardan silinməməsi üçün görülən işlər barədə də məlumat verilib.

Tədbir çərçivəsində iştirakçılara Qərbi Azərbaycan İcmasının fəaliyyəti, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət və beynəlxalq hüquqa əsaslanan haqlarımız haqqında da məlumatlar verilir.

Bu cür maarifləndirici tədbirlər gənc nəslin milli kimlik şüurunun formalaşmasına, tariximizə sahib çıxmasına və vətənpərvərlik ruhunun güclənməsinə mühüm töhfə verir.
Tədbirdə ADPU-nun Quba filialının gənc əməkdaşları və Qubalı gənclər iştirak ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?