Azərbaycanda Konstitusiya və Suverenlik ili çərçivəsində ADPU-nun Quba filialında 15 İyun – Qurtuluş Gününə həsr olunmuş “Qloballaşan dünyada Azərbaycan reallıqları” mövzusunda keçirilən konfransda əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib
Konfransı filialın direktoru professor Yusif Alıyev açıq elan edib, konfransın əhəmiyyətini vurğulayıb, daha sonra Beynəlxalq təşkilatlarda Azərbaycan təmsilçiyiyi, Azərbaycanın regional və dünya ölkələri ilə siyasəti,Azərbaycanın dövlət müstəqilliyinin əsas prinsipləri ətrafında məzmunlu çıxış edib, Azərbaycanın konstitusiya və suverenliyində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi əvəzsiz fəaliyyətlərdən qürur hissi ilə bəhs edib.
Filialın baş müəllimi Kəmalə Bayramovanın moderatorluğu ilə davam edən Konfransda daha sonra Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri Elbrus Əhmədov, gənc alimlər p.f.d Aysel Şeydayeva, p.f.d Pərvanə Rzayeva, t.f.d Mürvət Əliyev, Nübar Bayramova, r.f.d. Elnarə Axundova, Günay Ramazanova, Sərxan Cəfərov müxtəlif istiqamətlər üzrə çıxışlar ediblər. Konfransda qonaq qismində filialın əməkdaşları Seyid Cabbarov, Hikmət Musayev və r.f.d Nurbala Süleymanov da sual cavab hissəsində aktiv iştirak ediblər.
Sonda xatirə fotosu çəkdirilib.




