Pedaqoji Universitetin Quba filialında zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirici ideoloji seminar keçirilib

09.07.2025
Pedaqoji Universitetin Quba filialında zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirici ideoloji seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında bu təhsil ocağı ilə Quba rayon Polis Şöbəsinin “Dini radikalizmlə, narkotiklərlə və zərərli vərdişlərlə mübarizədə birgə fəaliyyətin təşkili, mübarizə üsulları və ali məktəblərdə görülməli işlər” mövzusunda birgə ideoloji seminar təşkil olunub.
“Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində filialın böyük akt zalında təşkil olunan tədbirdə təşkilatçı qurumların rəsmi nümayəndələri, ADPU-nun Quba filialının professor, müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının himni səsləndirilib.
Sonra müasir, müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin eləcə də ərazi bütövlüyümüz, torpaqlarımızın azadlığı, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası yolunda canından keçən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.
“Qəhrəman Azərbaycan polisi” videoçarxının nümayişindən sonra Pedaqoji Universitetin Quba filialının direktoru, Qabaqcıl Təhsil İşçisi, Fizika üzrə fəlsəfə doktoru, professor Yusif Alıyev və Quba rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Vüsal Rüstəmovun çıxışları dinlənilib.
Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycanda dövlət quruculuğu prosesinin vüsət aldığını xatırladan professor Yusif Alıyev bu prosesdə Azərbaycan polisinin qət etdiyi şərəfli yolun xalqımız tərəfindən daim yüksək dəyərləndirildiyini xatırladıb. Azərbaycanın hazırda dünyanın ən sabit ölkəsi olduğunu diqqətə çatdıran direktor ölkəmizdə ictimai sabitliyin qorunmasını tam yəqinliyi ilə təmin edən polis qüvvələri Azərbaycanın müstəqilliyinin qazanılması, ərazi bütövlüyü və suverenliyinin tam bərpasında da böyük fədakarlıq göstəriblər. Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev hər zaman Azərbaycan polisinin dövlətçilik yolundakı fədakarlığını yüksək dəyərləndiriblər.
Quba rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Vüsal Rüstəmov çıxışında pis vərdişlərə qarşı aparılan dövlət strategiyasının ayrı-ayrı istiqamətlərindən danışaraq bildirib ki, Azərbaycan polisi var qüvvəsi ilə ölkəmizdə sabitliyin qorunması, gənc nəslin zərərli vərdişlərdən uzaq olması istiqamətində səylərini uğurla davam etdirir. Mövzu ətrafında fikir və düşüncələrini bölüşən polis zabiti Prezident İlham Əliyevin tapşırıqlarının əzmlə həyata keçirildiyini qeyd edib.
Quba rayon Polis şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Rüstəm Hüseynov, Quba RPŞ-nin İctimai tehlükəsizlik bölməsinin baş inspektoru polis mayoru Samir Aydəmirov, inspektor baş leytenant Aynur Şahbazova və
qurumun digər məsul şəxsləri tədbirdə iştirak ediblər.
Çıxışlarda dini radikalizmlə, narkotiklərlə və zərərli vərdişlərlə mübarizədə birgə fəaliyyətin təşkili, mübarizə üsulları və ali məktəblərdə görülməli işlərdən geniş bəhs olunub və vəzifələrdən danışılıb.
Suallar cavablandırılıb.
Sonda xatirə fotosu çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?