Quba 1 saylı Mediasiya Təşkilatı və ADPU-nun Quba filialı arasında əməkdaşlıq memorandumu imzalanıb

08.07.2025
Quba 1 saylı Mediasiya Təşkilatı və ADPU-nun Quba filialı arasında əməkdaşlıq memorandumu imzalanıb

İyun ayının 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında Quba 1 saylı MT ilə qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, professor Yusif Alıyev bu tarixi günün əhəmiyyətinə xüsusi diqqət çəkərək qeyd edib ki, memorandum yalnız bu iki qurum arasında deyil, ümumilikdə cəmiyyət və vətəndaş cəmiyyəti institutları üçün geniş əməkdaşlıq imkanları yaradır. O, bu təşəbbüsün bölgədə hüquqi maarifləndirmənin genişləndirilməsi, münaqişələrin alternativ və sülh yolu ilə həlli mədəniyyətinin təşviqi baxımından olduqca faydalı və zəruri olduğunu vurğulayıb.

Daha sonra Quba 1 saylı Mediasiya Təşkilatının rəhbəri, hüquqşünas-mediator Hümmət Əliyev çıxış edərək bu tarixi əməkdaşlığın əhəmiyyətindən söz açıb. O, memorandumun yalnız bir sənəd deyil, gələcək bir çox ortaq layihənin başlanğıcı olduğunu bildirib. Hümmət Əliyev tələbələr üçün təlim proqramları, mediasiya mövzusunda seminarlar və birgə təşəbbüslərlə gənclərin hüquqi biliklərinin artırılmasının hədəfləndiyini vurğulayıb.
Tədbirdə filialın əməkdaşları Seyid Cabbarov və Nübar Bayramova da mövzu ətrafında öz fikirlərini qeyd ediblər.

Tədbirin sonunda memorandum imzalanıb. Bu sənəd çərçivəsində tərəflər arasında birgə maarifləndirici tədbirlərin təşkili, təcrübə mübadiləsi, tələbələr üçün praktik biliklərin artırılması və mediasiya proseslərinin təbliği sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?