Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının nümayəndəsi beynəlxalq konfransda iştirak edib

08.07.2025
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının nümayəndəsi beynəlxalq konfransda iştirak edib

Qazaxıstanın Mangistau vilayətinin Təhsil İdarəsi, Texniki və Peşə Təhsili Departamenti və Yesenov Kollecinin dəstəyi ilə “Yenilənmiş enerji: yeni imkanlar və tələblər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının beynəlxalq əlaqələr üzrə mütəxəssis Dünya Əhədova konfransa onlayn qatılmış “Azərbaycanda yaşıl enerjinin inkişafının perspektivləri və çağırışları” mövzusunda çıxış etmişdir.
Konfransın məqsədi bərpa olunan enerji mənbələrinin inkişafında yeni tendensiyaları müzakirə etmək, iş yerlərinin nüfuzunu artırmaq, o cümlədən qloballaşma dövründə ictimai təhsil və mənəvi dəyərlərin inkişafı prinsiplərini müəyyənləşdirmək olub.
Tədbirin Təşkilat Komitəsinin açıqlamasına görə, konfrans bilik, təcrübə və fikir mübadiləsi üçün mühüm platformaya kimi qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?