Quba filialında 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb

08.07.2025
Quba filialında 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb


Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin 11.12.2025-ci il tarixli 3-29/3-2-766F/2025 nömrəli əmrinə, ADPU-nun rektoru professor Cəfər Cəfərovun yaz imtahan sessiyasının təşkili ilə bağlı əmrinə və qüvvədə olan digər hüquqi-normativ sənədlərə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 01.06.2025-ci il tarixindən imtahan sessiyası başlanmışdır. İmtahan prosesi Filialın Tədris şöbəsi tərəfindən tərtib edilmiş imtahan cədvəli üzrə ənənəvi formada təşkil edilib.
Pedaqoji Universitetin Quba filialında imtahanlara hazırlıqla bağlı ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev iştirakı ilə toplantılar keçirilib, prosesin qüsursuz icrası və qiymətləndirmənin ədalətli və şəffaflığı üçün müvafiq qərarlar qəbul olunub. Belə ki, imtahanların müəyyən edilmiş imtahan cədvəlində qeyd olunan gün və saatlarda keçirilməsini, 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını, o cümlədən imtahanların qabaqcadan müəyyən olunmuş cədvəl üzrə vaxtında və müəyyən edilmış qaydada keçirilməsinə nəzarət etmək və imtahanların mütəşəkkilliyini təmin etmək məqsədilə İmtahan qərargahı və Apellyasiya komissiyası yaradılıb.
Yaz semestrinin birinci imtahanı iyun ayının 2-də mərkəzləşdirilmiş qaydada keçirilib, imtahanlarda 360 nəfər tələbə iştirak edib. Tələbələr imkahana ümumi ruh yüksəkliyi ilə qatılıblar.
İmtahanların gedişini izləyin filialın direktoru professor Yusif Alıyev tələbələrə uğurlar arzu edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?