
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Sosial iş ixtisası üzrə təhsil alan 2101 B qrupunun tələbələri üçün 17 fevral – 30 may 2025-ci il tarixlərini əhatə edən istehsalat təcrübəsi peşəkar biliklərin real tətbiqi və inkişafı baxımından əhəmiyyətli mərhələyə çevrildi. Təcrübə prosesi üç yarımqrup şəklində təşkil olunaraq tələbələr aşağıdakı dövlət qurumlarına təhkim olundular:
- Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Quba–Xaçmaz regional şöbəsi
- Dövlət Sosial Müdafiə Fondu (DSMF) Quba–Xaçmaz regional şöbəsi
- Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq Mərkəzi (RMM)
Təcrübə müddətində hər bir tələbə təcrübə dövründə təyin olunduqları müəssisələrdə şöbə rəhbərlərinin iş planı ilə yaxından tanış oldu, vətəndaşların qəbulunu müşahidə etdi, müxtəlif sosial məsələlərlə bağlı müraciətlərin araşdırılmasında fəal iştirak edərək bu proseslər zamanı müvafiq qeydlər aparıldı. Tələbələr müxtəlif kateqoriyadan olan vətəndaşların qəbulunda iştirak etmiş, bu görüşləri yaxından müşahidə edərək qeydiyyat və sənədləşdirmə proseslərini öyrəndilər. Eyni zamanda tələbələr bir çox tədbirlərdə fəal iştirak etmiş, fərdi qaydada və komanda ilə iş aparmış, foto və video çəkilişlərlə iş prosesini sənədləşdirmiş və müşahidələr apardılar.
Təcrübə dövrü tələbələr üçün yalnız nəzəri biliklərin praktik tətbiqi ilə məhdudlaşmadı. Onlar həmçinin insanlarla ünsiyyət qurmaq, uyğun danışıq tərzi seçmək, qarşı tərəfin davranışlarına uyğun münasibət bildirmək, etik normalara əməl etmək kimi sosial iş peşəsinin əsas tələblərini yerində öyrəndilər. Bu proses zamanı peşə fəaliyyətini tənzimləyən qayda və qanunlarla daha dərindən tanış oldular.
Tələbələr əldə etdikləri bilik və bacarıqların gələcək peşə fəaliyyətlərində onlara böyük dəstək olacağına əmindirlər. Onların fikrincə, bu təcrübə dövrü həm məlumatlandırıcı və maarifləndirici olmaqla olduqca maraqlı keçmişdir. Eyni zamanda, təcrübə keçdikləri müəssisələrin əməkdaşlarının səmimiyyəti və mehriban münasibəti tələbələrin əməyə motivasiyasını artırmış, özlərini peşəkar mühitin bir parçası kimi hiss etmələrinə şərait yaratmışdır.
Bu təcrübə, Sosial iş ixtisası üzrə təhsil alan tələbələr üçün nəzəri biliklərin praktik tətbiqi baxımından olduqca mühüm bir mərhələ olmaqla yanaşı, onların gələcəkdə sosial sahədə peşəkar fəaliyyət göstərmələrinə zəmin yaratdı. Belə təşəbbüslər, ali təhsildə praktik yönümlü təlimin vacibliyini bir daha sübut edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri adından göstərilən diqqət və qayğıya görə bir sıra qurumların rəhbərlərinə dərin təşəkkürümüzü bildiririk.
Tələbələrin peşəkar inkişafına, sosial rifahına və praktiki biliklərinin artırılmasına verdikləri töhfəyə görə Dövlət Əmək Müfəttişliyi Xidməti Quba–Xaçmaz Regional Şöbəsinin rəisi Təngiz Nəzərova, Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq Filialının müdiri Cəfər Cəfərova, eləcə də Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz Regional Filialının direktoru Səbuhi Qazıyevə təşəkkür edirik.
Bu kimi dəstək və əməkdaşlıq təşəbbüsləri tələbələrin cəmiyyətə inteqrasiyasını və gələcək fəaliyyətlərinə hazırlıqlarını daha da gücləndirir. Belə diqqət və qayğı, eyni zamanda ali təhsil müəssisələri ilə dövlət qurumları arasında qarşılıqlı əlaqələrin mühüm göstəricisidir.
P.S. Xüsusilə qeyd etmək istərdik ki, tələbələrin istehsalat təcrübəsinin təşkili və icrası ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyevin birbaşa nəzarətində olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının ev sahibliyi ilə Quba-Xaçmaz Regional Məşğulluq Mərkəzi tərəfindən 6 may 2025-ci il tarixində təşkil olunan növbəti regional əmək yarmarkasında RMM-də təcrübə keçən filial tələbələri təcrübəçi kimi prosesdə yaxından iştirak ediblər.









