Təhsildə Milli Vətənpərvərlik Konsepsiyası

24.06.2025
Təhsildə Milli Vətənpərvərlik Konsepsiyası

Heydər Əliyev: Təhsildə Milli Vətənpərvərlik Konsepsiyası

Ulu öndər Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafı sahəsindəki xidmətlərindən danışarkən Heydər Əliyevin bütün təhsil müəssisələrində vətənpərvərlik konsepsiyasının dərindən öyrənilməsinin və təbliğinin ən vacib vəzifə olduğunu xüsusilə qeyd etmək lazımdır.
Çünki, Heydər Əliyev hər şeydən əvvəl öz xalqını böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Onun “Anam məni Azərbaycan üçün dünyaya gətirib” kəlamında bu hiss səmimi şəkildə qeyd olunub. Heydər Əliyevin vətənpərvərliyi digər xalqlara və ölkələrə kin-küdurətdən, ədavətdən uzaq, öz ölkəsinin dövlətinin və cəmiyyətin inkişafına yönəlmiş bir vətənpərvərlik idi.
O, qeyd edirdi ki, gənclərə diqqət yalnız gələcəyə məhəbbətlə bitmir, bu həmçinin ölkənin modernləşməsinə, formalaşmaqda olan gənclərin şüuruna təsir göstərməlidir.
Heydər Əliyev təhsilə yüksək qiymət verərək onu “Xalqın gələcəyi” adlandırırdı:”Təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə də kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir.”
Ulu öndərin Milli vətənpərvərlik konsepsiyası milli şüurumuzun, milli özünüdərk etmənin, milli-mənəvi sərvətlərimizə münasibətin çox mühüm humanist problemlərint doğma dilimizə, tarixi keçmişimizə münasibəti öyrənilməsində Azərbaycan xalqının milli ruhunu, milli qürurunu, milli mənliyini, milli heysiyyatını, vətəndaşlıq şüurunu, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbətin ifadəsi olan perspektiv fəaliyyət proqramıdır. Hakimiyyətə gəldiyi ilk illərdən Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirərək 1972-ci ildə hərbi sahədə milli kadrların yetişdirilməsi məqsədilə Bakıda C.Naxçıvanski adına hərbi məktəb açılmasını təmin etdi. O vaxt SSPİ-də iki iki belə məktəb var idi, Naximov və Suvarov adına hərbi təmayüllü məktəblər, üçüncü belə məktəbin Azərbaycanda yaradılmasını qəbul edə bilməyən ermənilər mərkəzə məktublar, teleqramlar göndərir, məktəbin bağlanmasını hüquqi yolla həll etmək məqsədilə Bakıya yüksək rütbəli hərbçilər göndərsə də Moskva Heydər Əliyevin əsaslı dəlilləri və məntiqi qarşısında geri çəkilməli oldu. C.Naxçıvanski adına məktəb yaşadı, milli hərbi kadrların yetişdirilməsində əvəzsiz rol oynadı, gələcək Qələbəmizin başlanğıcı oldu.
Heydər Əliyev istər məktəb illərində, istər tələbəlik dövründə milli vətənpərvərlik və azərbaycançılıq hisslərinin, Vətənə millətə, xalqa sədaqət və məhəbbət ruhunun tərbiyə olunmasında tədrisin rolu və əhəmiyyətinin vacibliyini qeyd edirdi.
Heydər Əliyev ilk dəfə olaraq milli tərbiyənin məzmununa gənc nəslin milli vətənpərvərlik konspesiyasını da daxil etmiş və onun məzmununu da müəyyənləşdirmişdir. Gənclərimiz milli ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyələnməsini vacib sayan Ulu öndər göstərirdi ki, gənclərimiz tariximizi yaxşı bilməlidirlər, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Vətənpərvərlik nədir, Heydər Əliyev bu barədə belə deyirdi: “Vətənpərvərlik böyük məfhumdur. Bu sadəcə, Orduda xidmət etmək deyil, vətənə sadiq olmaq vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik. Vətənpərvər gənclər yetişdirmək təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyət, onun hər bir üzvünün əməlindən müsbət nümunələrdə yetkinləşir.”
Milli vətənpərvərlik məhz mənəviyyat məsələsinə, mənəvi tərbiyə işinin məzmununa daxildir.
Heydər Əliyev gənclərin milli vətənpərvərlik elmi konsepsiyasında vətən sevgisi, vətən birliyi, vətən bütövlüyünün əvəzsiz olması örnəyinə çevirilməlidir fikri əsas götürülməlidir. Onun fikrincə vətən yalnız insanların toplumu olan, sadəcə coğrafi ərazi deyil, vətən hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq şan-şöhrəti, namusu qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, bəxti, taleyi, gücü qüdrəti, əbədi səcdəgahdır. Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyərkən Heydər Əliyevin necə kövrəldiyini yəqin ki, hamı xatırlayır. Bu günki, müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, ağlını, zəkasını, öz xalqına millətinə həsr etmiş Heydər Əliyevin bizlərə, müasir nəsillərə ən ülvi əmanəti, yadigarıdır.
Heydər Əliyevin vətənpərvərlik konsepsiyasında təhsildə bu gün və gələcəkdə dövlətçilik hisslərinin öyrədilməsi ən əsas vəzifələrindən biri olmalıdır. O, qeyd edirdi ki, dövlətçilik və vətənpərvərlik hər bir gəncin qəlbində, ürəyində olmalıdır.
Bu gün Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq hər bir gəncin və yeni nəslin ümdə vəzifəsi olmalıdır. Vətəni qorumaq hər bir gəncin qürur yeri olmalıdır. Heydər Əliyev deyirdi: “Vətənpərvərlik çox geniş məna daşıyır. Vətənpərvərlik təkcə o deyil ki, gedib Vətəni silahla müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, həm onun iqtisadiyyalının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın. Bunlar hamısı vətənpərvərlik konsepsiyasından doğan bir hissdir. Vətənpərvər insan öz mədəniyyətinin də, iqtisadiyyatının da, öz dilinin də, təhsilinin də inkişaf etməsini istəyir, xalqının rifah halının yüksəklərə qaldırılmasını istəyir. Bütün bunlar vətənpərvərlik məfhumuna daxil olan anlayışlardır.”
Heydər Əliyevin vətənpərvərlik irsində belə bir konsepsiya da var idi “Əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa biz nəyin bahasına olursa olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrəsini də, bir qarışını da heç kəsə verməyəcəyik.”
Bu gün qürurla qeyd etmək lazımdır ki, tarix Heydər Əliyevin vətənpərvər gənclər yetişdirilməsi yolunda irəli sürdüyü bu fikirlərin artıq Azərbaycan üçün reallığa çevrildiyini təsdiq etdi. Heydər Əliyevin layiqli varisi Prezidentimiz cənab İlham Əliyev tərəfindən vətənpərvərlik konsepsiyası layiqincə davam etdirildi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 2020-ci ildə başlanan 44 günlük müharibə Azərbaycanın vətənpərvər oğulları 30 il işğal altında olan torpaqlarımımızı azad edərək ərazi bütövlüyümüzü təmin etdilər. 19-20 sentyabr 2023-cü il tarixində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunan bütün ərazilərimizdə qaldırıldı.
Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır. Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmuşdur. Qarabağ torpaqları işğaldan azad edilərək Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında bütün Qarabağda yenidənqurma işlərinə başlanılmış, Xalqın vətən, torpaq həsrətinə son qoyulmuşdur. İllər boyu vətən həsrətində olan insanlar öz əbədi torpaqlarına qayıdırlar.
Azərbaycanın tarixi Qələbəsinin qəhrəmanları isə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev və vətənpərvər Şəhidlərimizdir, qazilərimizdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm cansağlığı versin.
Bu gün bütün təhsil işçiləri Heydər Əliyevin vətənpərvərlik konspesiyasının Prezident İlham Əliyevin qələbəsindəki vəhdəti ilə “təmin olunmasını gənclərə aşılamalıdırlar. Azərbaycan gəncləri bu vətənpərvərlik nümunəsini yaşatmalı, ondan gələcək nəsillər də bəhrələnməlidirlər.

Elza Orucova
ADPU-nin Quba filialının müəllimi, Prezident mükafatçısı,
əməkdar mədəniyyət işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?