Havalansın xanın səsi, Qarabağın şikəstəsi!

24.06.2025
Havalansın xanın səsi, Qarabağın şikəstəsi!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə “MAHUR” İnstrumental Muğam Ansamblının birgə təşkilatçılığı əsasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May-Müstəqillik Gününə həsr edilmiş “…Havalansın xanın səsi, Qarabağın şikəstəsi!” adlı bayram tədbiri keçirilmişdir.

“Əhsəni” kompozisiyası ilə açılış edilən konsertdə Azərbaycan Respublikanın Əməkdar artistləri Gülüstan Əliyeva, Sevinc Sarıyeva, Almaz Orucova, Opera Balet Teatrının solisti, xanəndə Aytən Məhərrəmova, sevilən sənətkar, xanəndə Leyla Rəhimova və tanınmış qubalı müğənni Əlövsət Səlimov möhtəşəm ifaları ilə musiqisevərlərin qəlbini oxşamışlar.
Tamaşaçılar dəfələrlə ifaları ayaqüstə hərarətli alqışlarla qarşılayıblar. Daha sonra dəyərli və sevilən sənətkarlarımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Fəxri Diplomu ilə təltif ediliblər.

https://www.facebook.com/share/p/1B2jMjgGgT/?
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?