Özbəkistan Respublikasının Fərqanə Vilayyətinin Pedaqoji Bacarıqlar Mərkəzinin müəllimləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri ilə görüşüb

24.06.2025
Özbəkistan Respublikasının Fərqanə Vilayyətinin Pedaqoji Bacarıqlar Mərkəzinin müəllimləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri ilə görüşüb

Qardaşlıq Dərsi: Özbəkistan Respublikasının Fərqanə Vilayyətinin Pedaqoji Bacarıqlar Mərkəzinin müəllimləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri ilə görüşüb
ADPU-nun Quba filialında qardaş ölkələrlə əməkdaşlıq çərçivəsində daha bir əlamətdar tədbir gerçəkləşdi. ADPU-nun Quba filialında təhsil alan TSP (Təhsildə Sosial Psixoloji Xidmət) və AZD (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi) ixtisaslarının II kurs tələbələri üçün xüsusi dərs məşğələləri keçirildi. Bu dərslərin fərqliliyi isə onların aparıcılarının qardaş Özbəkistandan gələn dəyərli mütəxəssislər tərəfindən görüş çərçivəsində tələbələrə iki istiqamətdə – şəxsiyyətin psixologiyası və özbək filologiyası üzrə dərslər təqdim olundu. Hər iki sahə üzrə keçirilən mühazirələr və interaktiv təlimlər tələbələrin elmi dünyagörüşünü genişləndirməklə yanaşı, onlarda türkdilli xalqlar arasında mədəni və mənəvi bağların necə dərin olduğunu bir daha nümayiş etdirdi.
Şəxsiyyətin formalaşmasında mədəni irsin, milli dəyərlərin və tarixi yaddaşın rolu haqqında danışan özbək mütəxəssislər, psixoloji yanaşmalarla filoloji bilikləri ustalıqla birləşdirərək, tələbələrə yeni baxış bucaqları açdılar. Eyni zamanda özbək dilinin zənginliyi, klassik ədəbiyyatın fəlsəfəsi və çağdaş ədəbiyyatın istiqamətləri barədə təqdimatlar xüsusilə maraqla qarşılandı.
Dərslərin sonunda tələbələrlə geniş fikir mübadiləsi aparıldı, qarşılıqlı sual-cavab formatında dialoq quruldu. Tələbələr bu dərslərin onlarda həm elmi maraq oyatdığını, həm də qardaş bir xalqın mədəniyyəti ilə tanış olmaq fürsəti verdiyini vurğuladılar.
Bu cür əməkdaşlıqlar bir daha göstərir ki, elm və təhsil millətləri birləşdirən körpüdür. Gələcəkdə də ADPU-nun Quba filialı ilə Özbəkistan Pedaqoji Bacarıqlar Mərkəzinin arasında bu cür elmi-mədəni mübadilələrin davamlı olacağına ümid edilir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?