
Quba filialının kollektivi 10 May – Psixologiya Gününə həsr olunmuş “Psixologiya gecəsi” adlı tədbirdə iştirak edib
14 may 2025-ci il tarixində R.Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində təşkil edilən tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( ADPU) Quba filialının rəhbər işçiləri, müəllim heyəti, məktəbdə təcrübədə olan tələbələr və VİQAS Quba psixoloji və nitq inkişafı Mərkəzinin rəhbərliyi iştirak ediblər.
Təcrübəçi tələbələrin fəallığı ilə təşkil olunan tədbirdə tələbə çıxışları, şagirdlərin səhnəcikləri, maraqlı təqdimatlar və psixoloji maarifləndirici məqamlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin əsas məqsədi elmə, psixologiyaya və gələcəyin mütəxəssislərinə dəstək vermək olub.






