Pedaqoji Universitetin prorektoru Eldar Aslanov Quba filialında struktur rəhbərləri ilə peşəkar müzakirə aparıb

19.05.2025
Pedaqoji Universitetin prorektoru Eldar Aslanov Quba filialında struktur rəhbərləri ilə peşəkar müzakirə aparıb

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanovun ADPU-nun Quba filialında struktur rəhbərləri ilə görüşü olub.
ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyevin iştirakı ilə keçirilən görüşdə Pedaqoji Universitetin təhsil strategiyasına dair hədəflər kollektivə təqdim olunub.
Təhsil sahəsində rəqabətədavamlılığın beynəlxalq şərtləri barədə fikir və düşüncələrini bölüşən prorektor Eldar Aslanov diqqətə çatdırıb ki, 2030-cu il üçün nəzərdə tutulan hədəflərə çatmaq üçün həm kadr tələbatı düzgünü öyrənilməli, həm də təhsil sahəsindəki tətbiqlər müasir tələblərə uyğun aparılmalıdır. Prorektor qeyd edib ki, ali təhsillə bağlı qlobal çağırışlar rəqəmsallaşma, sosial sahibkarlıq və beynəlmiləlləşmədir. Həm pandemiya, həm də qloballaşma təhsil xidmətləri paketinin yalnız sinxron deyil, asinxron üsullarla verilməsinin vacib olduğunu əyani şəkildə ortaya qoymuşdur.
Sonra Pedaqoji Universitetin Strateji İnkişaf Planı (SİP) və bu xüsusda təhsil ocağının subyektləri, həmçinin Quba filialı qarşısında dayanan vəzifələrdən danışılıb.
ADPU-nun Quba filialının SİP-inin hazırlanmasını əlamətdar hal kimi dəyərləndirən dosent Eldar Aslanov bu sahədə qarşıda duran vəzifə və hədəflərdən bəhs edib.
Peşəkar müzakirənin keçirilməsinə görə prorektor Eldar Aslanova səmimi minnətdarlığını ifadə edən direktor Yusif Alıyev əminliklə bildirib ki, filialın fəaliyyəti tədrisin yüksək keyfiyyətlə təşkilinə, eləcə də strateji inkişaf hədəflərinə çatmaq üçün Pedaqoji Universitetin tələbləri əsasında qurulub.
Prorektor Eldar Aslanov və direktor Yusif Alıyev çıxışlarında bildiriblər ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən uzaqgörən təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam edirilməsi Azərbaycanın təhsil strategiyası üçün beynəlxalq hədəflər müəyyən edib. Azərbaycan Dövlət Pedaqoji Universiteti mövcud bazar iqtisadiyyatı şərtləri daxilində öz imicini qorumaqla dinamik inkişafı hədəfləyir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?