Quba filialında növbəti nümunəvi açıq dərs keçirilib

19.05.2025
Quba filialında növbəti nümunəvi açıq dərs keçirilib


Mayın 14-ü Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimai elmlər kafedrasının baş müəllimi Seyid Cabbarovun “Riyaziyyat və İnformatika müəllimliyi” və Məktəbəqədər təhsil ixtisası üzrə RİN 2401B/MQT 2401B qrupunda “Multikulturalizmə giriş” fənni üzrə açıq dərsi keçirilib.
Əvvəlcə baş müəllim Seyid Cabbarov “ Müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi” mövzusu haqqında tələbələrə slaydlarla ətraflı məlumat verib. Müəllim Seyid Cabbarov açıq dərs müddətində Müasir dövrdə Qərb ölkələrində multikulturalizmin vəziyyəti, Qərb ölkələrində multikulturalizmə qarşı artan sərt reaksiyanın əsas səbəblərindən biri kimi cəmiyyətin immiqrantlara qarşı mənfi rəyin səbəblərini, immiqrantlarla bağlı Qərb ölkələrində yayılan fikirlər barədə geniş məlumat vermişdir. Multikulturalizmə qarşı reaksiyalar bəzi siyasi partiyaların proqramlarında əks olunmaqla yanaşı, akademik müzakirələrdə də geniş bürüzə verilməsinin mahiyyətinə toxunmuşdur.
Qərb ölkələrində etnik–mədəni müxtəlifliyə immiqrasiya prosesinin təsirini tələbələrə izah edib. Ksenofobiyanın və ayrıseçkiliyin geniş yayılmış formaları olan İslamofobiya və Antisemitizm anlayışlarının tarixini, mahiyyətini, onun müasir dövrdə dünyada təzahür formalarının izahını tələbələrə təqdim etmişdir.
Azərbaycan Respublikasının Multikulturalizm siyasəti ilə bağlı tələbələri məlumantlandırıb. O qeyd edib ki, Azərbaycan etnik və dini müxtəlifliyi ilə tanınan bir ölkə kimi bu sahədə yürütdüyü bərabərlik strategiyası ilə bütün dünya üçün nümunəvi olan standartlar formalaşdırıb. Ümummilli lider Heydər Əliyev tərəfindən bu sahədə formalaşan milli irs Prezident İlham Əliyev tərəfindən əzmlə qorunur. Açıq dərs həm də interaktiv sual-cavab formatında keçirilmişdir.
Qeyd edək ki, dərsi filialın direktor müavini t.ü. f. d. İsmayıl Mahmudov, İctimai elmlər kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən s.e.ü.f.d. Sabir Şahtaxtı (Hacıyev), kafedranın müəllimi Bikə Cabbarova dinləyiblər. Dərsin sonunda müəllimlər tələbələrin tədris prossesi, müəllimin apardığı metodlar və s barədə öz rəylərini bildirdilər. Ümumi rəyə görə açıq dərs normal şəraitdə yüksək keyfiyyətlə aparılır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?