Pedaqoji Universitetin Quba filialının akademik heyəti Xəzər Universitetində təcrübə proqramına qatılıb

15.05.2025
Pedaqoji Universitetin Quba filialının akademik heyəti Xəzər Universitetində təcrübə proqramına qatılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Humanitar elmlər fakültəsinin Filologiya kafedrasının müəllimləri dosent Gülşən Ağabəy, baş müəllim Kəmalə Bayramova, Nuranə Allahverdiyeva, Elnurə Şirinova, Aynur Həsənova, Alyona Heybətova və Murad Məmmədov 5-12 may 2025-ci il tarixlərində Xəzər Universitetində təcrübə proqramında iştirak etmişlər.
Məqsəd iki universitet arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və təcrübələrini paylaşmaqdır.
Proqram çərçivəsində ADPU-nun Quba filialının akademik heyəti Xəzər Universitetinin rektor vəzifəsini icra edən professor Məhəmməd Nuriyevlə görüşüb.
Təcrübə proqramının təşkilini Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova həyata keçirib.
Quba filialının akademik heyəti əsasən uyğun fənlər üzrə: Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatı, Uşaq ədəbiyyatı, Müasir Azərbaycan dili, Azərbaycan dilinin tədrisi metodikası, Morfoloji təhlil, Azərbaycan ədəbi dil tarixi, Ümumi dilçilik, Türk ləhcələrinin müqayisəsi, Xarici dil (ingilis dili) və s. dərslərdə filialın müəllimləri iştirak edib.
ADPU proqrama qatılan pedaqoqları dosent Dilbər Zeynalova, filologiya üzrə fəlsəfə doktorları Qardaşxan Əzizxanlı, İlkin Əsgərov, Röya Mürşüdova, Xatirə Yusufova, Könül Həsənova, Semiha Özel Yaman, Mədinə Karahan, Yeqzar Cəfərli, Gülşanə Xudiyeva və başqa müəllimlərin dərslərində iştirak etməklə onların təcrübələrini izləyiblər.
Universitetdə fəaliyyət göstərən Kitabxana İnformasiya Mərkəzi, Nailə xanım İsayeva adına Mədəniyyət Mərkəzi, Humanitar təhsil və Sosial elmlər fakültəsiylə də tanışlıq oldu.
Təcrübə proqramı başa çatandan sonra Xəzər Universitetinin akademik heyəti ilə Pedaqoji Universitetin Quba filialının proqrama qatılan akademik heyəti arasında müxtəlif elmi mövzularda maraqlı müzakirələr və diskusiyalar keçirilib. Proqram iştirakçılarına sonda sertifikatlar təqdim edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?