Xatirələr işığında Heydər Əliyev

15.05.2025
Xatirələr işığında Heydər Əliyev

Pedaqoji Universitetin Quba filialında “Xatirələr işığında Heydər Əliyev” kitabının təqdimatı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tanınmış ictimai xadim, ATV telekanalının prezidentinin müşaviri, əməkdar jurnalist, yazıçı, Bakı Slavyan Universitetinin professoru Etibar Babayevin müıllifi olduğu “Xatirələr işığında Heydər Əliyev” kitabının təqdimatı keçirilib.
Filialın Böyük akt zalında təşkil olunan tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqəlliyi və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın dövlət himni səsləndiriləndən sonra ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.
ADPU-nun Quba filialın direktoru professor Yusif Alıyev çıxışında ulu öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri faktlar və təhlillərlə iştirakçıların diqqətinə çatdıraraq qeyd edib ki, Ümummilli Liderin əzəmətli həyat yolu və qətiyyətli siyasi fəaliyyəti Azərbaycan və dünya tarixinin müxtəlif mərhələləri, həmçinin qlobal siyasətin ən mühüm məqamları ilə birbaşa əlaqəlidir.
Azərbaycanın dövlət müstəqilliyinin qorunması, inkişafının təşəkkülü və suverenliyin qorunmasının izahı məhz bu reallıqların müqayisəli təhlilləri əsasında zirvələri fəth edib. Professor Yusif Alıyev bildirib ki, Azərbaycan xalqı öz böyük xilaskar oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi tərənnüm edir və qəlbində yaşadır. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran müdrik bir şəxsiyyət, dahi insan gəldi. Bu səbəbdən də bizlər ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənmək və öyrətmək üçün hər zaman hazırıq, bu mənada dəyərli professor Etibar Babayevin “Xatirələr işğında Heydər Əliyev” adlı kitabı, nəşrdə söylənilən fikirlərin dəyəri bizim üçün olduqca yüksəkdir.
Təqdimatın aparıcısı filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova kitab barədə müfəssəl məlumat verib.
Sonra Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abbasovanın, General-mayor, Azərbaycan dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, yazıçı-publisist Yasif Nəsirlinin, Xalq rəssamı, professor, Prezident təqaüdçüsü Arif Hüseynovun, Respublika Ağsaqqallar Şurasının üzvü, hüquq elmləri doktoru İbrahim Quliyevin, Ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun, Əməkdar jurnalist, yazıçı, professor Etibar Babayevin, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü, biologiya elmləri namizədi, dosent Nigar Bağırovanın, AYB-nin Quba bölməsinin sədri görkəmli şair Ramiz Qusarçaylının, şəhid Miqdad Abduləlimovun anası, Vətən Naminə İB sədri Tünzalə Abduləlimovanın, ADPU-nun Quba filialının baş müəllimi, Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Elza Orucovanın çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan xalqının böyük oğlu, siyasi və dövlət xadimi, türk dünyasının sevimlisi ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, yüksək keyfiyyətlərindən bəhs olunub, Ulu Öndərlə bağlı xatirələr canlandırılıb, qürurla dilə gətirilib. Diqqətə çatdırılıb ki, dahi şəxsiyyətin zəngin mənalı həyata yolu və fəaliyyəti Azərbaycan xalqı üçün tükənməz milli irsdir. Bu irsin öyrənilməsi və təbliğ olunması gənc nəsli milli vətənpərvərlik ruhunda formalaşdıran fəlsəfədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu məhz bu irsin təsiri altında işğal altındakı torpaqlarımızı düşməndən azad edərək milli qürurumuzu bərpa edib.
Çıxışlarda həmçinin ADPU-nun Quba filialında professor Yusif Alıyevin rəhbərliyi ilə aparılan yüksək keyfiyyətli təhsil, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, dövlət ideologiyasına uyğun bütün proseslərdəki öncüllük istiqamətində görülən işləri yüksək qiymətləndirib. Qeyd olunub ki, professorun geniş və məzmunlu çıxışı ilə əməli fəaliyyətinin vəhdətindən yaranan uğurlu idarəetmə, yüksək təşkilatçılıq və vətənpərvərlik ümumiləşmiş şəkildə filialda böyük və qüdrətli vətənsevərlər ordusu yaradıb.
Tədbirdə həmçinin xanəndə Elnarə Quliyevanın bir-birindən gözəl ifaları olub. Xanəndənin ifasında sözləri Alili İrada, musiqisi Sevinc Tofiqqizi, aranjemanı isə Farahim Sadiqə məxsus “Əsərindir Azərbaycan” hərarətli alqışlarla qarşılanıb.
Tədbirdə həmçinin filial Elmi şurasının qərarı ilə Ümummilli Liderin irsini tərənnüm edən “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın təqdimatında fəal iştirakına və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə səmərəli əməkdaşlığına görə, çıxışçılara Fəxri Diplom və Təşəkkürnamələr təqdim edilib.
İkinci hissəsi sual-cavab formatında davam etdirilən tədbir xatirə fotolarının çəkilməsi ilə başa çatıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?