
Aprel-may ayları ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə ölkəmizin ali təhsil müəssisələrində “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninqlər keçirilib. Keçirilən tereninqdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( ADPU) Quba filialının eyni adlı fənni tədris edən müəllimləri – Seyid Cabbarov və Nübar Bayramova da treninqlərdə iştirak ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aprel-may aylarında 5 həftə müddətində hər həftənin 1 təqvim günü üçün təşkil etdiyi treninqdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə yanaşı müxtəlif Ali təhsil müəssisələrindən ümumilikdə 33 müəllimin iştirakı keçirilmişdir. Treninqdə proqrama uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, ADA Universitetinin professoru Nəriman Qasımoğlu, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarov, BBMM-in şöbə müdirləri Yadigar Məmmədli, Rəşad İlyasov, baş məsləhətçi Araz Qurbanov, aparıcı məsləhətçi Billurə Aslanova və məsləhətçilər Tahirə Ələsgərova, Şahnaz Abdullayeva multikulturalizm fənnini tədris edən müəllimlərin peşəkarlığının artırılması, tədris edilən mövzuların metodoloji yanaşmaları istiqamətində mühazirələr oxuyublar.
Treninq çərçivəsində iştirakçılara tədris plananında göstərilən “Multikulturalizmə giriş fənninin predmeti və əhəmiyyəti”, “Multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları”, “Zərdüştilik, yəhudilik, buddizm, konfutsiçilik, daosizm, sintoizm, hinduizm, caynizm, xristianlıq, islam, qədim türk inancları”, “Multikulturalizm və media”, “Etnik müxtəliflik və milli ideya”, “Müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi”, “Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi” və “Etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi, miqrant inteqrasiya siyasəti indeksi” mövzularında mühazirələr təqdim edilmişdir. Treninqlər zamanı diskussiyalar aparılmış, fənni tədris edən müəllimləri maraqlandıran sual-cavab ətrafında geniş müzakirələr aparılmışdır. Həmin müzakirələrdə fəal iştiraka görə Mərkəz tərəfindən filialın müəllimi Seyid Cabbarov yeni nəşr olunan kitab seti ilə mükafatlandırılmışdıri. Təlimin sonuncu günü Mərkəzin İcraçı direktoru Rəvan Həsənovla görüş keçirilmişdir. Görüş zamanı ADPU-nun Quba filialı ilə yaxından əməkdaşlıq etdiyinə və qısa müddətdə filialın müraciətinə cavab olaraq dərslik və müxtəlif adda ədəbiyyatla təmin olunmasına göstərdikləri köməkliyə görə ADPU-nun direktoru professor Yusif Alıyevin salamlarını və təşəkkürünü Mərkəzin icraçı direktoru Rəvan Həsənova çatdırılmışdır. Gələcəkdə də ADPU-nun Quba filialnın Bakı beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığa böyük önəm verəcəyi vurğulanmışdır. ADPU-nun Quba filialnın İctimai elmlər kafedrasının müəllimi Yusif Abayevin müəllifi olduğu “Xınalıq dilində 500 söz” adlı kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənliyə təqdim olunmuşdur. İcraçı direktor ADPU nun Quba filialı ilə əməkdaşlığa önəm verdiklərini və gələcəkdə Mərkəzin Qubada təşkil edəcəkləri düşərgələr çərçivəsində filialda tədbir və görüşlərin təşkil etməkdə maraqlı olduğunu ifadə etmişdir. Sonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənli tərəfindən treninqdə iştirak edən müəllimlərə sertifikatlar təqdim edilmişdir.








