Tələbələrarası Azərbaycan Kuboku – 2025-in növbəti mərhələsi yekunlaşıb

05.05.2025
Tələbələrarası Azərbaycan Kuboku – 2025-in növbəti mərhələsi yekunlaşıb

3 may 2025-ci il tarixində Gənclər və İdman Nazirliyi, Xəzər İntellektual Klubu və ADPU THİK təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” formatında Tələbələrarası Azərbaycan Kuboku – 2025 yarışmasının universitet liqası çərçivəsində III mərhələsi yekunlaşıb.
Qeyd edək ki, kubok uğrunda 10 region olmaqla, 30-dan çox ali təhsil müəssisəsinin tələbələri yarışır, böyük final isə Qarabağın elm və təhsil beşiyi Xankəndidə keçiriləcəkdir.
Uğurlar əziz tələbələr!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?