23 aprel 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar və sosial elmlər fakültəsinin AZD 2002B qrup tələbəsi Seyidova Hicran İlham qızı təhkim olunduğu Quba şəhər Hikmət Hüseynov adına 4 saylı Humanitar fənləri təmayüllü məktəb-liseyində 6-cı siniflər arasında 23 aprel – Beynəlxalq Kitab və Müəllif Hüquqları Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirmişdir. Yarışda 7 komanda iştirak etmiş, 24 sual səsləndirilmişdir. 1-ci, 2-ci, 3-cü yeri tutan komandalar diplomlarla təltif edilmişdir. Səslənən suallara əsasən, komandalar aşağıdakı yerləri tutmuşlar:
I yer
“Dədə Qorqud” komandası – 17 xal
II yer
“Harry Potter” komandası – 16 xal
III yer
“Koroğlu” komandası – 14 xal
İntellektual yarışda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Pedaqoji təcrübə üzrə bölmə rəhbəri Şəhla Mədətova, məktəb-liseyin və filialın müəllimləri, metodistlər qonaq kimi iştirak edib.