
Azərbaycan Dövlət Pedaqoji Universitetin(ADPU) Quba filialı və Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev mühazirələri: ürəklərdə əbədi yaşayan dahi şəxsiyyət” mövzusunda ideoloji-maarifləndirmə tədbiri keçirilib.
Filialının Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqəlliyi və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın dövlət himni səsləndiriləndən sonra Ümummilli Lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.
Sonra YAP Quba Rayon təşkilatının sədri Fidan Hüseynovanın, “Vətən Naminə” Şəhid ailələrinə dəstək İB-sədri, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın, Əməkdar Mədəniyyət İşçisi Elza Orucova və İctimai elmlər kafedrasının müdiri v.m.i.e., s.ü.f.d. Sabir Şahtaxtının (Hacıyev) çıxışları dinlənilib.
Çıxışlarda Azərbaycan xalqının böyük oğlu, siyasi və dövlət xadimi, türk dünyasının sevimlisi Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, yüksək keyfiyyətlərindən bəhs olunub. Diqqətə çatdırılıb ki, dahi şəxsiyyətin zəngin mənalı həyata yolu və fəaliyyəti Azərbaycan xalqı üçün tükənməz milli irsdir. Bu irsin öyrənilməsi və təbliğ olunması gənc nəsli milli vətənpərvərlik ruhunda formalaşdıran fəlsəfədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu məhz bu irsin təsiri altında işğal altındakı torpaqlarımızı düşməndən azad edərək milli qürurumuzu bərpa edib.
Sonda tədbirdə filialın tələbəsi Günəş İskəndərovun təqdimatında ümummilli lider Heydər Əliyevə həsr edilən şeir səslındirilib.
Tədbirin ikinci hissəsi interaktiv sual-cavab formatında davam etdirilmişdir.
Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın aparıcılığı ilə gerçəkləşən tədbir xatirə fotolarının çəkilməsi ilə başa çatıb.







