
ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, professor Yusif Alıyevin təşəbbüsü ilə tyutorlar və qrup nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı filialın İKT şöbəsinin müdiri Yusif Abayev imtahan prosesinə hazırlıqla əlaqədar tədrisin vəziyyəti barədə məlumatları müzakirə edərək, qeyd edib ki, indidən imtahanlar və imtahanlara hazırlıqla bağlı daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasının təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bir sözlə qarşıdan gələn 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyası zamanı tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində də bütün lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Görüş zamanı həm də filialda KTŞ tərəfindən aparılan sorğuların vaxtında cavablandırılması istiqamətində də məsuliyyətin artırılması üçün fikirlər qeyd edilib.
Sonda tyutorların və tələbələrin təklifləri dinlənilib, sualları cavablandırılıb.



