Quba filialında növbəti nümunəvi açıq dərs keçirilib

05.05.2025
Quba filialında növbəti nümunəvi açıq dərs keçirilib

Quba filialında növbəti nümunəvi açıq dərs keçirilib
Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimai elmlər kafedrasının baş müəllimi Yusif Abayevin “Coğrafiya müəllimliyi” ixtisası üzrə III tədris ili СM 2201B qrupunda “Sahibkarlığın əsasları və biznesə giriş” fənni üzrə açıq dərsi keçirilib.
Əvvəlcə baş müəllim Yusif Abayev “Müəssisə anlayışı, onların növləri və formaları, Sahibkar və işçi münasibətləri, Əməyin ödəniş formaları” mövzuları haqqında slaydlarla ətraflı məlumat verib.
B/m Yusif Abayev açıq dərs müddətində həm də interaktiv sual-cavab formatında istehsal amillərindən bir olan əmək, işə götürən və işçi münaibətlərinə toxunub, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə təsbiq olunan əmək anlayışı, BƏT üzrə öhdəliklər, Əmək məcəlləsi, işəgötürən və işçi arasında əmək münasibətləri haqqında məlumat verib. Tələbələrə praktik şəkildə əməyin ödəniş formaları, nominal və real əmək haqqı izah olunub. Müəllim Y.Abayev dərs zamanı informasiya resurslarından istifadə edib. Mövzunun tələbələr tərəfindən daha yaxşı mənimsənilməsi üçün qarşılıqlı ünsiyyət formasından istifadə olunub və frontal sorğu keçirilib. Mövzu tələbələrə ətraflı və hərtərəfli izah edildikdən sonra onlarla geniş fikir mübadiləsi aparılıb. Dərsin sonunda müəllim tələbələrin mövzu ilə bağlı suallarını da cavablandırıb.
Qeyd edək ki, dərsi İctimai elmlər kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən s.e.ü.f.d. Sabir Şahtaxtı (Hacıyev), baş müəllimlər Novruz Kərimov, Kamal Kamalov, Elza Orucova və laborant Fidan Səfiquliyeva dinləyiblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?