
29 aprel 2025-ci il tarixində ADPU-nun Quba filialının “Təhsildə sosial və psixoloji xidmət”, “Riyaziyyat informatika müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının 2024-cü il məzunları, həmçinin Quba rayonu Elman Məmmədov adına Səbətlər kənd tam orta məktəbinin müəllimləri Elxan Əskərov, Nailə İsmiyeva və Rizvan Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbinin müəllimi Sayad Ağayeva 11-ci sinid şagirdləri ilə birlikdə ADPU-nun Quba filialındakı yenilikərlə tanış olublar.
Tanışlıq görüşü zamanı filialın Tələbə, məzun və karyera şöbəsinin müdiri Hikmət Musayev filialın direktoru professor Yusif Alıyevin rəhbərliyi ilə görülən işlər, son illərdə açılan yeni ixtisaslar barədə məlumat verib. O, müəllimlərin peşəkarlığı, yeni informasiya-kommunikasiya texnologiyalarındən istifadə bacarıqları, kitabxana təminatı kimi məsələlərə oxunub. Şagirdlər Heydər Əliyev məktəb – lektoriyası, Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi, Kitabxana və elektron resurslar şöbəsi, İKT laboratoriyası, İnkluziv təhsil laboratoriyası, auditoriyalarla, Böyük akt zalı ilə tanış olub, tanışlıq zamanı qeyd edilib ki, ADPU-nun Quba filialı fəaliyyətində daim tələbə məmnuniyyətini əsas prioritetlərədən biri hesab edir.
Məzun Elxan Əskərov da bildirib ki, filialdakı infrastruktur yenilənməsi, maddi-texniki bazanın zənginləşməsi göz qabağındadır. O, həm də ali təhsil aldığı universitetlə məzun olaraq əməkdaşlıqdan qürur duyduğunu söyləyib.
Görüşün sonunda əməkdaşlar və məktəblilər xatirə şəkli çəkdiriblər.











