Pedaqoji Universitetin Quba filiallında növbəti kitab sərgisi təşkil olunub

05.05.2025
Pedaqoji Universitetin Quba filiallında növbəti kitab sərgisi təşkil olunub

Pedaqoji Universitetin Quba filiallında növbəti kitab sərgisi təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında görkəmli tarixçi alim, professor Şahin Fərzəliyevin (Şahin Fazil – 85) 85 illik yubileyinə həsr olunmuş “İlkin qaynaqlar tarixin güzgüsüdür” mövzusunda respublika elmi konfransı çərçivəsində kitab stendləri düzəldilib.
“Konstitusiya və Suverenlik ili”nə uyğun filialın tədbirlər planı qrafiki üzrə ADPU-nun Quba filialının Kitabxana və elektron resurslar şöbəsi tərəfindən təşkil olunan bir sentdə Azərbaycanda hüquqa və qanunvericiliyə aid nadir nəşrlər, digər stendə isə professor Şahin Fərzəliyevin, eləcə də filial əməkdaşlarının kitabları sərgilənib.
Şöbə Pedaqoji Universitetin Quba filialında “Konstitusiya və Suverenlik ili”ndə kitab sərgilərini 2025-ci ilin sonunadək davam etdirəcək.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?