Pedaqoji Universitetin Quba filiallında elmi konfrans keçirilir

01.05.2025
Pedaqoji Universitetin Quba filiallında elmi konfrans keçirilir

Pedaqoji Universitetin Quba filiallında elmi konfrans keçirilir
(İnformasiya yenilənəcək)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında görkəmli tarixçi alim, professor Şahin Fərzəliyevin (Şahin Fazil – 85) 85 illik yubileyinə həsr olunmuş “İlkin qaynaqlar tarixin güzgüsüdür” mövzusunda respublika elmi konfransı işə başlayıb.
Pedaqoji Universitetin Quba filialı ilə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə təşkilatçılığı ilə təşkil olunan konfransın rəsmi açılışında şəhid ailələrinin təmsilçiləri, filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti, görkəmli alimlər iştirak edirlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru, professor Yusif Alıyev konfransı giriş sözü ilə açaraq tarixi şəxslərin adlarının əbədiləşdirilməsi, həmçinin şəxsiyyətlərinə göstərilən ehtiramı ümummilli Lider Heydər Əliyevdən miras qalan milli irs kimi dəyərləndirib və bu ənənənin Prezident İlham Əliyev tərəfindən əzmlə qorunmasını Azərbaycanın dövlətçilik tarixində xüsusi bir dəyər adlandırıb.
Tanınmış alimlər Eynulla Mədətli, Tofiq Nəcəfli, Tofiq Mustafazadə, Hacı Həsənov, Mübariz Ağalarlı və başqaları, eləcə də ADPU Quba filialının araşdırmaçı pedaqoqları konfransda məruzə ilə çıxış edəcəklər.
Konfrans işini Heydər Əliyev Lektoriyasında və Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində iki bölmədə davam edəcək.
Təşkilat komitəsinə təqdim olunan bütün məqalələr toplu şəkilində nəşr olunacaq.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?