
Volqoqrad və Quba arasında beynəlxalq onlayn hakaton keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı ilə Rusiyanın Volqoqrad Dövlət Universitetinin İctimai Diplomatiya Mərkəzinin ortaq təşkilatçılığı ilə təhsil, rəqəmsal diplomatiya və humanitar kommunikasiyalar sahəsində layihələr üzərində birgə işləmək üçün iki ölkənin tələbələrini bir araya gətirərək beynəlxalq onlayn hakaton keçirib.
Keçirilən hakaton təkcə ideyaların yaradılması platformasına deyil, həm də canlı mədəniyyətlərarası ünsiyyət məkanına çevrildi. Rusiya və Azərbaycandan olan iştirakçılar bir-birinə öz ölkələrinin milli adət-ənənələri, təhsil sistemləri, mədəni xüsusiyyətləri və şəxsi həyat təcrübələri haqqında danışıblar. Belə ki, Volqoqradlı tələbələr Rusiyanın qəhrəman şəhərləri, görkəmli şəxsiyyətləri və adət-ənənələri haqqında, qubalı tələbələr isə tarixi Qarabağ zəfəri, Azərbaycanın çoxmillətli olması, ölkədə turizmin inkişafı və gənclər siyasəti haqqında danışıblar.
Sonda qərara gəlinib ki, müxtəlif ölkələrdən olan gənclər arasında təkcə peşəkar bacarıqların deyil, həm də qarşılıqlı anlaşmanın inkişafına töhfə verən bu cür tədbirlər fərqli platformalarda davam etdirilsin.
ADPU Quba filialı öz tərəfindən tədbiri filialın Heydər Əliyev Lektoriyasında təşkil edib.



