Quba filialında “İbtidai təlimdə baza bacarıqlar” mövzusunda təlim keçirilib

01.05.2025
Quba filialında “İbtidai təlimdə baza bacarıqlar” mövzusunda təlim keçirilib

Quba filialında “İbtidai təlimdə baza bacarıqlar” mövzusunda təlim keçirilib

25 aprel 2025-ci il tarixində Mirzəzadə Akademiyasının əməkdaşlığı ilə ADPU-nun Quba filialında tələbələrin təməl biliklərini sistemləşdirmək, müəllimlərin isə praktik bacarıqlarını artırmaq məqsədilə “İbtidai təlimdə baza bacarıqlar” mövzusunda təlim keçirilib. Təlim Mirzəzadə Akademiyasının qurucusu və rəhbəri, ibtidai sinif müəllimi, təlimçi Mirzəzadə Günel tərəfindən təşkil edilib. Təlimdə filialın “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasının III və IV tədris ili tələbələri iştirak edib. Təlimdən sonra filialın Tələbə, məzun və karyera şöbəsinin müdiri Hikmət Musayev tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?