Pedaqoji Universitetin Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib

01.05.2025
Pedaqoji Universitetin Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Elmi Şurasının növbəti iclası Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində təşkil olunub.
Elmi katib Sevinc Babaşova çıxış edərək iştirakçıların yetərsay olduğunu qeyd edərək iclasın səlahiyyətli olduğunu bildirdi (25 aprel 2025-ci il). Elmi Şuranın sədri, professor Yusif Alıyev giriş çıxışı edərək iclasın gündəliyi ilə iştirakçıları tanış etdi. Elmi Şuranın gündəliyində duran birinci məsələ Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında hesabatı barədə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkan İskəndərova məlumat verərək, qeyd etdi ki, filialın bu avanqard gənclər təşkilatı özündə iki fakültənin TEC-ni birləşdirir və 15 nəfərlik tərkiblə idarəetmə fəaliyyəti göstərir.
Bundan başqa, o, TEC xətti ilə görkəmli şair Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə konfransın və “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş TEC-in ənənəvi – növbəti XV Elmi konfransının keçiriləcəyini bildirdi. Gündəlikdə duran ikinci məsələ Tələbə Həmkarlar İttifaqı Təşkilatının (THİT) hesabatını qurumun sədri Aygün Şıxbabayeva iclas iştirakçılarına çatdırdı. O, filialda mütəmadi olaraq tələbələrlə auditoriyalarda görüşlərin keçilməsi, onlarla əxlaqi-tərbiyəvi, etik-dünya görüşü məzmununda söhbətlərin aparılması haqqında məlumat verdi.
Elmi Şurada bir sıra cari məsələlər də müzakirə olunub. Təqdim olunan hesabatlar və məruzələr ətrafında müzakirələr aparılıb və hesabatlar qəbul edilib, müvafiq məsələlər haqqında müsbət qərarlar qəbul olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?