Pedaqoji Universitetin Quba filialında Mediasiya mövzusunda mühazirə oxunub

01.05.2025
Pedaqoji Universitetin Quba filialında Mediasiya mövzusunda mühazirə oxunub

Pedaqoji Universitetin Quba filialında Mediasiya mövzusunda mühazirə oxunub

Azərbaycan Dövlət Pedaqoji Universitetin(ADPU) Quba filialı ilə Quba 1 Saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mediasiya mövzusunda tədbir keçirilib (21.04.2025).
Filialının Kiçik akt zalında tələbələr üçün təşkil olunan tədbir Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın aparıcılığı ilə gerçəkləşib.
Tədbirin mahiyyəti haqqında danışan Quba 1 Saylı Mediasiya Təşkilatının təsisçisi və rəhbəri, hüquqşünas, mediator Hümmət Əliyev əvvəlcə Mediasiya təşkilatı və onun xidmətləri haqqında geniş açıqlamalar vermişdir. Məruzəçi bildirib ki, “Mediasiya təşkilatı” ifadəsi mübahisələrin alternativ həll yollarından biri olan mediasiya prosesində iştirak edən və bu prosesi təşkil edən qurumu ifadə edir. Mediasiya təşkilatları adətən müstəqil və ya dövlət tərəfindən tanınan hüquqi şəxslər olur və onların əsas məqsədi tərəflər arasında yaranmış mübahisələrin məhkəməyə getmədən, qarşılıqlı razılıq yolu ilə həll edilməsinə yardım göstərməkdir.
Məruzəçi Mediasiya təşkilatının funksiyalarına daxil ola bilən mediatorların siyahısını tutmaq və onlara təlim keçmək, tərəflərlə ilkin əlaqələri qurmaq və mediasiya prosesini təşkil etmək, mübahisələrin qapalı mühitdə və neytral şəkildə həllinə şərait yaratmaq, mediasiya haqqında maarifləndirici tədbirlər keçirmək haqqında zəngin və zəruri məlumatları tədbir iştirakçıları ilə bölüşmüşdür.
Tədbirin ikinci hissəsi interaktiv sual-cavab formatında davam etdirilmişdir.
Sonda xatirə fotoları çəkilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?