Web of Science

30.04.2025
Web of Science

Quba filialının əməkdaşları ADPU-da keçirilən akademik heyət üçün “Web of Science” alətləri haqqında təlimdə iştirak ediblər

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi və ADPU Gənc Alimlər və Tədqiqatçılar Şurasının birgə təşkilatçılığı ilə növbəti təlim keçirilib. Təlimdə Quba filialının sosial humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva, filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva da iştirak edib.

Təlimi giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, respublikamızda elm və təhsil sahəsində aparılan islahatlar ADPU-da da uğurla davam etdirilir. Hesab edirəm ki, Universitet Elmi Şurasının qərarı ilə 2017-ci ildə yaradılmış Gənc Alimlər və Tədqiqatçılar Şurasının fəaliyyəti ADPU-da və onun filiallarında çalışan və təhsil alan gənc alim və tədqiqatçıların elmi fəaliyyətlərinin təşkili və əlaqələndirilməsinə yardım etmək, onların yaradıcı elmi və innovasiya fəaliyyətlərini inkişaf etdirmək istiqamətində mühüm əhəmiyyət kəsb edir.

✅Daha sonra təlimçi, “Clarivate” şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov “Web of Science” plaforması haqqında təqdimat edib və “Research Assistant” süni intellekt aləti, “Journal Citation Reports” hesabat platforması, “Master Journal List” jurnal platforması, təşkilat profili və tədqiqatçı profilləri, eləcə də “EndNote” referans idarəetmə sistemi haqqında iştirakçılara ətraflı məlumat verib.
Qeyd edək ki, təlimdən əvvəl filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi ilə tanış olub, mərkəzin direktoru Zinharə Həsənova ilə təcrübə mübadiləsi aparıb, filialda direktor professor Yusif Alıyevin təşəbbüsü ilə gənc oxucuların kitaba və elmə marağının daha da artırılması istiqamətində icra edilən maraqlı layihələrdən söhbət açıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və təkliflər müzakirə olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?