Ali Attestasiya Komissiyasında Yusif Alıyevə Professor attestatı təqdim olunub

18.04.2025
Ali Attestasiya Komissiyasında Yusif Alıyevə Professor attestatı təqdim olunub

Ali Attestasiya Komissiyasında Yusif Alıyevə Professor attestatı təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 11 aprel 2025-ci il tarixli qərarı ilə elmi-pedaqoji fəaliyyətinə görə dosent Yusif İmrayıl oğlu Alıyevə fizika elm sahəsinin “Bərk cisimlər fizikası” ixtisası üzrə professor elmi adı verilmişdir. Professor Yusif Aliyevə diplom 15 aprel 2025-ci il tarixində Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında AAK-ın sədri professor Famil Mustafayev tərəfindən təqdim etmişdir.
Hörmətli direktorumuz, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyevi professor elmi adı alması münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının inzibati, professor-müəllim və tələbə heyəti adından səmimi qəlbdən təbrik edir, ona şəxsi həyatında və elmi fəaliyyətində daha böyük uğurlar arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?