
Pedaqoji Universitetin Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasının növbəti iclası filialın Heydər Əliyev Lektoriyasında təşkil olunub. Elmi katib Sevinc Babaşova çıxış edərək iştirakçıların yetərsaylığını qeyd edərək iclasın səlahiyyətli olduğunu bildirdi (14 aprel 2025-ci il).
Elmi Şuranın sədri, f.e.d., dos.Yusif Alıyev giriş çıxışı edərək iclasın gündəliyi ilə iştirakçılarını tanış etdi.
Elmi Şuranın gündəliyində duran birinci məsələ Məktəbəqədər təhsil proqramının akkreditasiyası üzrə özünütəhlilin nəticələri haqqında hesabatı barədə Tədris şöbəsinin müdiri Mələk Bağırova məlumat verərək, bildirdi ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya komissiyası 2025-ci ilin may ayı ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “Məktəbəqədər təhsil” proqramının akkreditasiya qiymətləndirilməsini həyata keçirəcəkdir. Bununla bağlı filialda da Təşkilat Komissiyası yaradılmış və müvafiq iş bölgüsü aparılmışdır. Hazırlanan hesabat filialın bütün strukturlarında müzakirə olunmuş və hesabatın yüksək səviyyədə hazırlandığı təsdiqlənmişdir. Sonra cari məsələ – Sumqayıt Dövlət Universitetində stajkeçmənin yekunları ilə bağlı Ümumi fənlər kafedrasının müdiri v.m.i.e. ped.ü.f.d. Lətifə Cəlilova məlumat verərək 5 gün ərzində gördükləri işlərlə bağlı iclas iştirakçılarını tanış etdi. Seçmə fənlərin təyin edilməsi və dərsdinləmələrin təşkili ilə bağlı fikir mübadiləsi və müzakirə apardığını diqqətə çatdıran alim bildirib ki, təcrübə proqramlarının davamlılığı çox faydalı olacaq. Sonda dinlənilmiş hesabatlar ətrafında müzakirələr aparıldı və müzakirə edilmiş məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.