
Quba filialında “Kino Klub”un təşkilatçılığı ilə film nümayiş olunub
11 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Kino Klub”un təşkilatçılığı ilə “Hər uşaq özəldir” filmi nümayiş olunub. Əvvəlcə “Kino Klub”un sədri, filialın “Xarici dil müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Yeganə Quliyeva çıxış edərək tədbirin məqsədi və filmin verdiyi pedaqoji mesajlar haqqında məlumat verib, filialda tələbələr üçün yaradılmış hərtərəfli şəraitə görə dosent Yusif Alıyevə təşəkkür ünvanlayıb. Ardınca tələbələr ilə birlikdə filmin izlənilməsinə start verilib. Film nümayişi zamanı və sonrasında iştirakçılar arasında dərin müzakirələr aparılıb.
Tədbirdə filialın Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nurlan Hüseynov və 40-a yaxın tələbə iştirak edib. Onlar film vasitəsilə fərdi yanaşmanın, inklüziv təhsil dəyərlərinin və pedaqoji məsuliyyətin nə qədər əhəmiyyətli olduğunu daha dərindən anlama imkanı qazanıblar.