
Quba filialında turizmə həsr olunan dəyirmi masa keçirilib
(Xəbər yenilənəcək)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Turizm sahəsində fəaliyyət göstərən işəgötürənlərin ixtisaslı kadrlarla təmininə dəstək və həyata keçirilən proqramlar barədə məlumatların verilməsi məqsədilə təşkil olunan “Azərbaycanın qlobal səviyyədə tanıtımında kadr seçiminin əhəmiyyəti: Turizmdə kadrların təlimi məsələsi” mövzusunda dəyirmi masa təşkil olunub.
Pedaqoji Universitetin Quba filialının Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzinin ev sahibliyi etdiyi tədbir filialın digər qurumlarla birgə təşkilatçılığı əsasında baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı və suverenliyi yolunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun Quba filialının direktoru, dosent, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev tədbirin açılışındakı giriş nitqində dəyirmi masanın əhəmiyyətindən bəhs edib.
Sonra digər təşkilatçı qurumların rəhbərləri çıxış ediblər.