
Sumqayıt Dövlət Universitetində universitetin əməkdaşları ilə ADPU-nun Quba filialının əməkdaşları arasında “Məktəbəqədər təhsil” ixtisası üzrə qarşılıqlı təcrübə proqramı təşkil edilmişdir.
ADPU-nun Quba filialının bir qrup əməkdaşı, Təbiət elməri fakültəsinin “Ümumi fənlər” kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən, ped.fəl.dok.b/m.Lətifə Cəlilova, b/m Günel Şadlinskaya, Afaq Hüseynzadə, Fidan Salmanlı, Rəna Qasimova və Nərminə Cəfərova Sumqayıt Dövlət Universitetində “Məktəbəqədər təhsil” ixtisası üzrə təcrübə proqramında iştirak edirlər.
Təcrübə proqramının ilk günü Heydər Əliyev Mərkəzində Elm və İnnovasiyalar üzrə prorektor Elşad Abdullayevlə görüş keçirilib və təcrübə proqramının məqsədi haqqında geniş fikir mübadiləsi aparılıb. Gedişatda filologiya fakültəsinin dekanı Günel Paşayevanın iştirakı ilə Filologiya, Pedaqogika və Psixologiya kafedralarının müdirləri ilə görüş baş tutmuş və 5 gün ərzində görüləcək işlərlə bağlı planlama aparılmışdır.
Proqramın ikinci günü ADPU-nun Quba filialının əməkdaşları Ped.fəl.dok.b/m.Lətifə Cəlilova, Günel Şadlinskaya, Fidan Salmanlı “Məktəbəqədər təhsil” ixtisasında “Məktəbəqədər yaşlı uşaqların oyunları” fənnindən dos. Sevinc Kərimovanın “Beşyaşlı uşaqlarla aparılan oyunların əsas xüsusiyyətləri” mövzusunda, daha sonra isə Rəna Qasımova və Nərminə Cəfərova Təhsildə sosial-psixoloji xidmət ixtisasında Psixodiaqostika fənnindən Lalə Əliyevanın, eyni zamanda Tünzalə Əmiraslanovanın “Mürəkkəb pozulması olan uşaqlar” mövzusunda dərs dinləmişlər. Günün sonunda iki günlük görüşlərin təhlilləri ilə fikir mübadiləsi aparılmışdır. Təcrübə proqramı qarşıdakı üç gün ərzidə də davam edəcəkdir