
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzi tərəfindən təşkil olunan Tyutor təlimi artıq 2-ci həftədirki davam edir.
Pedaqoji Universitetin Quba filialının tyutorları bu təlimlərin iştirakçılarıdır. Tyutorlardan İskəndərova Türkan, Qurbanova Səidə, Əliməmmədova Xəyalə, Mikayılova Nigar, Süleymanova Gülnar, Zeynalova Nigar, Mirzəyeva Səadət, Məlikova Günel müəyyən edilmiş qrafik əsasında təlimlərdə iştirak etməkdədirlər.
Hibrid formada keçirilən təlimin 1-ci həftəsi ADPU-nun müəllimi Əmilova Günel Həmid qızı, 2-ci həftə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Hüseynova Gülnarə Fazil qızı tərəfindən aparılıb. Təlimin 1-ci həftəsində müdavimlər tyutorluq fəlsəfəsi, müasir tyutor necə olmalıdır, tyutorun məqsədi, rol və vəzifələri, 2-ci həftəsində isə effektiv kommunikasiya, işgüzar yanaşmalar, ünsiyyət bacarıqları haqqında ətraflı məlumat alıblar.