
Tanışlıq zamanı filialın KTŞ şöbəsinin müdiri p.f.d Pərvanə Rzayeva filialda direktor dosent Yusif Alıyevin rəhbərliyi altında görülən işlər, son illərdə açılan yeni ixtisaslar barədə məlumat verib. O, müəllimlərin peşəkarlığı, yeni informasiya-kommunikasiya texnologiyalarındən istifadə bacarıqları kimi məsələlərə oxunub. Qonaqlar Heydər Əliyev məktəb – lektoriyası, Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi, İnkluziv təhsil laboratoriyası, auditoriyalarla, Böyük akt zalı ilə tanış olub, dərs prosesini izləyiblər. Tanışlıq zamanı qeyd edilib ki, ADPU-nun Quba filialı fəaliyyətində daim tələbə məmnuniyyətini əsas prioritetlərədən biri hesab edir.
Qonaqlar həm də bildirib ki, filialdakı infrastruktur yenilənməsi, maddi-texniki bazanın zənginləşməsi göz qabağındadır.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.