
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Tərbiyə işində valideyn övlad münasibətlərinin pedaqoji əsasları” mövzusunda situasiya təhlilinə əsaslanan dərs nümunəsi keçirilib.
Nümunəvi dərs ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin “ADPU-nun filiallarında tədqiqata əsaslanan yeni məzmunlu təhsilin təşkilində müasir təlim texnologiyalarının tətbiqi (Quba filialının nümunəsi əsasında)” mövzusunda layihə çərçivəsində həyata keçirilib.
Pedaqoji Universitetin Quba filialın direktoru dosent Yusif Alıyev, ADPU-nun Elmi – tədqiqat Mərkəzinin müdiri dosent Ərəstun Mehdiyevin də qatıldığı nümunəvi dərsdə filialın professor-müəllim heyəti iştirak edib.
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova tərəfindən aparılan nümunəvi dərs böyük maraqla qarşılanıb.
Dərsdən sonra müasir təlimin forma və modellərinin tətbiqi mövzusunda müzakirələr aparılıb.