Quba filialında “dəyirmi masa” keçirilib

17.04.2025
Quba filialında “dəyirmi masa” keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-Tədqiqat Mərkəzinin “ADPU-nun filiallarında tədqiqata əsaslanan yeni məzmunlu təhsilin təşkilində müasir təlim texnologiyalarının tətbiqi” mövzusunda layihə çərçivəsində ADPU-nun Quba filialında “dəyirmi masa” təşkil olunub.
Filialın Heydər Əliyev Lektoriyasında keçirilən tədbirdə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, ADPU-nun Elmi-tədqiqat mərkəzinin müdiri, dosent Ərəstun Mehdiyev, Elmi-Tədqiqat mərkəzinin əməkdaşları – Tətbiqi tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzova, f.f.d. Əlvan Cəfərov, k.e.i. Ayətxan Ziyadxanov və İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova, o cümlədən filialın sturuktur rəhbərləri iştirak ediblər.
ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin müdiri, dosent Ərəstun Mehtiyev layihənin məqsəd və vəzifələri, görüləcək işlər, gözlənilən nəticələr haqqında müfəssəl məlumat verib.
“Dəyirmi masa”nın gündəliyinin Azərbaycanın təhsil ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını ifadə edən Quba filialının direktoru dosent Yusif Alıyev bildirib ki, filialda yetişən alimlərin sayının sürətlə artması ümumilikdə pedaqoji təhsilin səviyyəsini yüksəldir və cəlbedicilik yaradır. Bu filialda pedaqoji potensialın ən mühüm göstəricilərindəndir.
“Dəyirmi masa” ətrafında iştirakçılar ali təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyalarının tətbiqi, müəllimlərin pedaqoji-metodiki bacarıqların inkişaf etdirilməsi, ümumtəhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələləri müzakirə ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?