Gənclərlə “Erkən nikah” mövzusunda görüş keçirilib.

17.04.2025
Gənclərlə “Erkən nikah” mövzusunda görüş keçirilib.

Görüş zamanı əvvəlcə strateji məsələlər üzrə məsləhətçi s.ü.f.d Sabir (Şahtaxtı) Hacıyev və GİKM Quba -Xaçmaz Regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev tələbələrə mövzu ətrafında dünya və ölkə təcrübəsindən bəzi faktları çatdırıb. ADPU-nun Quba filialının Xarici dil müəllimliyi ixtisasının tələbəsi Yeganə Quliyevanın təqdimatında isə iştirakçılara erkən nikahın tibbi və hüquqi cəhətdən fəsadları, onlarla mübarizə üsulları və s. haqqında ətraflı məlumat verilib. Gənclər öz fikirlərini səsləndirib, onları maraqlandıran suallara cavab tapıblar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?