31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

17.04.2025
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

Pedaqoji Universitetin Quba filialında aprelin 1-də bütün qruplara ilk dərs saatında Azərbaycanlıların Soyqırımı Gününə aid müfəssəl məlumat verilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında aprelin 1-də bütün qruplara keçirilən ilk dərs saatının girişi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü mövzusuna həsr olunub.
Pedaqoji Universitetin Quba filialının direktoru, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyevin tövsiyəsi əsasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirlər silsiləsinə uyğun olaraq təşkil olunan dərslərdə uydurma “erməni məsələsi”, saxta “erməni kimi məsələlər barədə tələbələrə müfəssəl məlumat verilib. Anadoluda, Qafqazda, indiki İranın şərqi və qərbi Azərbaycan vilayətləri ərazisində, həmçinin Qərbi Azərbaycan coğrafiyasında aşkarlanan kütləvi məzarlıqların heç birində erməni toplumuna aid insan cəsədi qalıqlarınln olmadığı saxta “erməni soyqırımı” anlayışını əsaslandıran başlıca fakt olaraq diqqətə çatdırılıb. Əsalandırılıb ki, erməni sialhlı qrupları birinci dünya müharibəsi dövründə xəyanətkar mövqe tutaraq Osmanlı ordusuna qarşı döyüşən tərəf olmaqla müsəlman-türk əhaliyə qarşı ağır cinayətlər törədiblər.
Ümummulli lider Heydər Əliyevin imzaladığı 26 mart 1998-ci il tarixli 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün qeyd olunması barədə Fərmanın tarixi əhəmiyyəti onunla bağlıdır ki, bu rəsmi sənəd təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə də uzun zaman kəsimini əhatə edən erməni cinayətkarlığının ifşası prosesində böyük əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il qanlı mart hadisələrinin tədqiqi məqsədilə təsis etdiyi Fövqəladə Tədqiqat Komissiyasının missiyası bəhs edilən fərmanda əksini tapir və xalqımızın milli dövlətçilik tarixində böyük qənimətdir.
Filialın pedaqoqları –s.ü.f.d. S.Şahtaxtı Hacıyev, K.Kamalov, S. Cabbarov, İ.Əhmədov, R.Sədullayev, E.Şeydayev, E.Əhmədov və başqaları 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün xalqımızın qan yaddaşına həkk olunduğunu qeyd etmiş, həmin acı hadisələrdə erməni cəlladlarının soydaşlarımıza qarşı qeyri-insani əməllərini xüsusi vurğulamışlar.
Tarix müəllimliyi ixtisası üzrə dərslərdə mövzuya aid nadir kitablar sərgilənib və onlar barədə geniş məlumat verilib.
Auditoriyada Y.Altuğ. “Terrorizmin anatomisi”, M. Bardakçı. “Talat Paşanın Evrak-1 Metrukesi”, İ.Bozdağ. “Atatürk soyqırımı iddialarını rədd edir”, C. Gürbüz. “Milli mücadilədə Develi və ermənilər”, 15. B.Şimşir “Erməni məsələsi: 1774-2005”, S. Sertçelik. “Rus ve Ermeni Kaynakları Işığında Ermeni Sorunu Ortaya Çıkış Süreci 1678–1914”, Y. Hauçoğlu. “Erməni Tehciri”, K.Gürünün “Erməni dosyası”, S. Şahtaxtı. Dünya sionizminin müsəlmanlara qarşı başqa bir planı (farsca), S. Şahtaxtı. Böyük Ermənistan xülyası: faktlar və sübutlar (Azərbaycan, türk, ingilis, fars və rus dillərində) kitabları sərgilənib. Filialın strateji məsələlər üzrə mütəxəssisi, İctimai elmlər kafedrasının m.v.m.i. edən, s.e.ü.f.d. S.Şahtaxtı kitablar barədə geniş məlumat verərək onlarda cəmləşən faktların tarixçilər üçün əhəmiyyətindən danışıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?