İnklüziv təhsil sahəsində innovativ yanaşmalar bütün dünyada geniş tətbiq olunur

17.04.2025
İnklüziv təhsil sahəsində innovativ yanaşmalar bütün dünyada geniş tətbiq olunur

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Qori Niyazi adına Milli Pedaqogika İnstitutu tərəfindən “Təhsil prosesinin subyektlərində inklüziv mədəniyyətin inkişafına dair beynəlxalq təcrübə: problemlər və həlli yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransın açılışında Özbəkistan Respublikası Məktəbəqədər və məktəb təhsil naziri Omarova Hilola Oktamovna, Qori Niazi adına Milli Pedaqogika İnstitutunun direktoru, pedaqoji elmlər doktoru, akademik Xolbay İbraimov, Cənubi Koreyanın Gələcək Təhsil Strategiyası Milli Komitəsinin sədri, texnika elmləri doktoru, professor Uon Don, Tacikistanın Akademik Bobojon Qafurov adına Xocənd Dövlət Universitetinin dosenti Maşuroxan Azimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva çıxış edib, mövzu ilə əlaqədar vacib məqamlara toxunublar.
Konfransa Özbəkistan, MDB və digər xarici ölkələrdən 160-a yaxın elmi məqalə təqdim olunub, onlardan 100-ü elmi şura tərəfindən seçilərək müzakirə olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?