
19 mart 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında fəaliyyət göstərən Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində “Ulu öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyəti” mövzusunda sərgi və ustad dərsi təşkil olunub.
31 Mart – Azərbaycanlıların Soyqırımından bəhs edən kitab və şəkillərdən ibarət sərgiyə baxış keçirildi. Sərgidə Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva tədbir iştirakçılarını guşənin daxilində yerləşdirilən və XX əsrin əvvəllərini əks etdirən foto materiallarla, habelə ermənilərin törətdiyi qırğınları sübuta yetirən digər əyani vəsaitlərlə tanış etdi, guşənin Filialın direktoru, Qabaqcıl təhsil işçisi, dosent Yusif Alıyevin təşəbbüsü və Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə yaradıldığını vurğuladı.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində filialın tədbirlər silsiləsinə daxil olan bu tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Sonra ümummilli lider Heydər Əliyevin, soyqırımı qurbanlarının və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar elmlər fakültəsinin dekanı v.m.i.e Mürvət Əliyev ermənilərin törətdikləri vəhşiliklərdən, onların əzəli torpaqlarımızda təşkil etdikləri terror aktlarından, bu soyqırımının tarixindən çıxış edərək, gəncləri daha da vətənpərvər olmağa, tariximizi və Heydər Əliyev siyasi məktəbini öyrənməyə dəvət edib.
Rəsmi açılışdan sonra Strateji məsələlər üzrə mütəxəssis, İctimai elmlər kafedrasının müdiri v.m.i.e. siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı (Hacıyev) ustad mühazirəsini ilə tədbir iştirakçılarına təqdim edib. Məruzəçi Azərbaycana və Türkiyəyə qarşı davam edən iki yüz ildən artıq zaman kəsiyini əhatə etməkdə elan uydurma “erməni məsələsi” və ona bağlı proseslərin acı nəticələrini şərh edib. Tədqiqatçı erməni cinayətlərinin ayrı-ayrı mərhələlərinə dair faktları təqdim edərək çıxışında əsaslandırıb ki, erməni toplumunda türk dünşmənçiliyinin formalaşması, eləcə də terrorçu erməniləri qəhrəmanlaşdırmaq bu toplumun varlığını qorumaq üçün ortaya atılmış ermeni millətçi və irqçi dairələrin əsas hədəfidir.
Ulu öndər Heydər Əliyevin imzaladığı 26 mart 1998-ci il tarixli 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü barədə Fərmanın tarixi əhəmiyyətinə toxunan təqdimatçı bildirib ki, bu rəsmi sənəd təksə Azərbaycanda deyil, qardaş Türkiyədə də uzun zaman kəsimini əhatə edən erməni cinayətkarlığının ifşası prosesində sistemli mübarizə yolu formalaşdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il qanlı mart hadisələrinin tədqiqi məqsədilə təsis etdiyi Fövqəladə Tədqiqat Komissiyasının missiyası bəhs edilən fərmanda əksini tapir və xalqımızın milli dövlətçilik tarixində böyük qənimətdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan Ordusunun Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün tam bərpa etdiyini xatırladan. S. Şahtaxtı qeyd edib ki, dövlət başçısının məlum sərəncamı ilə 2025-ci ilin zərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılması istiqamətində təxirəsalınmaz vəzifələr qoyur. 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün tarixi əhəmiyyətinin xüsusilə gənc nəsilə çatdırılması bu istiqamətdə vacib bir sahədir.
Tədbirin moderatorluğunu filialın tələbəsi Aynur Novruzova edib.