
Mürəkkəb hava şəraiti ilə bağlı Pedaqoji Universitetin Quba filialının dərslərin onlayn təşkili uğurla keçib
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında havaların kəskin soyuması ilə əlaqədar dərslər onlayın təşkil olunub (24.02.2025).
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialının direktoru, fizika elmləri doktoru dosent Yusif Alıyev onlayın dərs prosesini izləyib və onlayn tədrisdə daha səmərəli nəticələr almaq üçün tövsiyə və tapşırıqlarını verib.
ADPUnun Quba filialının rəhbərliyinin müvafiq tapşırığına əsasən Humanitar elmlər və Təbiət elmləri fakültələrinin dekanlıqları, eləcə də İnformasiya və kommunikasiya texnologiyaları şöbəsi tədris prosesində yüksək keyfiyyəti qorumaq üçün bütün mövcud imkanları səfərbər ediblər.
Onlayn tədris prosesi Zoom proqramı üzərindən kəsintisiz həyata keçirilib.
Filialın aidiyyəti strukturları, həmçinin pedaqoqlar və tələbə heyəti dərs prosesində fasilələrin yaranmaması üçün alternativ texniki vasitələri ehtiyatda saxlanılıb.
Tədris günü ərzində bütün dərslər vaxtından başlayıb və uğurla başa çatıb.
Fakültələrdən verilən məlumata görə, filial üzrə I növbədə cəmi 516 tələbə, II növbədə isə 304 tələbə onlayın dərslərdə iştirak edib. Müxtəlif səbəblərdən dərslərə qatılmayan tələbələrin ümumi sayı dərslərə qatılmalı olanların orta hesabla cəmi 6 faizini təşkil edib.