
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında Elmi Şuranın (14 fevral 2025-ci il) növbəti iclası keçirilmişdir.
Əvvəlcə Elmi Şuranın katibi Sevinc Babaşova çıxış edərək üzvlərin yetərsay olduğunu qeyd edərək iclasın səlahiyyətli olduğunu bildirdi.
Elmi Şuranın sədri Filialın direktoru, fizika elmləri doktoru dosent Yusif Alıyev çıxış edərək şura üzvlərini və dəvət olunanları salamladı, əldə edilən nailiyyətlərdən danışdı.
Sonra sədr Elmi Şuranın gündəliyi ilə iclas iştirakçılarını tanış etdi. Elmi Şuranın gündəliyində duran 1-ci məsələ “2024-2025-ci tədris ilinin payız imtahan sessiyasının yekunları” haqqında İmtahan Qərargahının sədri Y.Abayev, Apellyasiya Komissiyasının sədri N.Bayramova hərtərəfli məlumat verdilər. Gündəlikdə duran 2-ci məsələ Pedaqoji təcrübəyə hazırlığın vəziyyəti haqqında Tədris şöbəsinin müdiri M.Bağırova məlumat verərək Pedaqoji təcrübə ilə bağlı yenilikləri iclas iştirakçılarına çatdırdı. Gündəlikdə duran 3-cü məsələ filialın Tələbə, məzunlarla iş və karyera şöbəsinin 2024-cü ilə dair hesabatını şöbənin müdiri H.Musayev təqdim edərək əldə olunan uğurlardan danışdı. Sonda cari məsələlərdə filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri P. Rzayeva məktəbəqədər təhsil proqram akkreditasiyasının Təşkilat Komissiyasının iş bölgüsü haqqında və 2024-2025-ci tədris ilinin payız imtahan sessiyası prosesinə dair tələbələr arasında keçirilmiş sorğunun nəticələri barədə məlumat verdi. Bu istiqamətdə məsələlər müzakirə edildi, qarşıda dayanan vəzifə və öhdəliklər yenidən yada salındı, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə əlaqəli təklif və tələblər dinlənildi. Dinlənilmiş hesabatlar ətrafında müzakirələr aparıldı və müzakirə edilmiş məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi. Cari məsələlərdə həmçinin dosent Y.Alıyev filialın Ümumi fənlər kafedrasının müdiri v.m.i.e Lətifə Cəlilovanı pedaqogika üzrə fəlsəfə doktoru elmi adını təsdiq edən diplomu alması münasibətilə və filialın “Xarici dil müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Zemfira Davrişovanı isə Şəhla Qarayeva Təqaüd Proqramını (ŞQTP) qazanması münasibətilə təbrik etdi, bütün bunları filialın növbəti uğurları kimi qeyd etdi.